Vaqif Cavadov özünə Qazaxıstanda iş tapdı, Emil Balayev də ona qoşula bilər

Vaqif Cavadov özünə Qazaxıstanda iş tapdı, Emil Balayev də ona qoşula bilərMillimizin və "Qarabağ"ın qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Qazaxıstanın "Aktobe" klubundan sonra Türkistan şəhərini təmsil edən "Turan" klubu da onun xidmətində maraqlıdır.

Premyer Liqa təmsilçisinin baş məşqçisi, məşhur osetin məşqçi Valeri Qazzayevin oğlu Vladimir Qazzayev onu "1 nömrə" gözündə görür. 27 yaşlı qapıçı ilə danışıqlara artıq start verilib.

Qeyd edək ki, Balayev 2019-cu ildə məhz Vladimir Qazzayevin rəhbərliyi altında Qazaxıstanın "Tobol" klubunda çıxış edib. O həmin klubdan erməni əsilli Qriqori Babayanın baş məşqçi təyin edilməsindən sonra ayrılıb.

Xatırladaq ki, "Qarabağ"la müqavilə müddəti mövsümün sonuna qədər olan Emil Balayev gürcü qapıçı Luka Quqeşaşvilinin transferindən sonra komandanın 3-cü qapıçısına çevrilib. O, hazırda "Qarabağ"ın tərkibində Fransanın Marsel şəhərindədir.

Millimizin sabiq futbolçusu Vaqif Cavadov isə artıq bu komandanın üzvü sayıla bilər. O, Vladimir Qazzayevin məşqçilər korpusunda yer alacaq. Bunun üçün Cavadov hazırda komanda ilə birgə Antalyada təlim-məşq toplanışında iştirak edir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1724   Tarix: 17 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Formula 1 tarixinin ən gənc qalibi oldu

"Mercedes"in 20 yaşlı italyan pilotu Kimi Antonelli Meksika Qran-prisində 3-cü yeri tutaraq Formula 1 tarixinin ən gənc qalibi adını qazanıb. "Qafqazinfo" xəbər verir ki, Mexikodakı Hermanos Rodriges trasında keçirilən 71 dövrəlik gərgin yarışı "Red Bull"un sürücüsü Mak

3 noyabr
.

"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib

"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Amanda məlumat verib. O, noyabrın 5-nə keçən gecə, 80 yaşında ölüb. Sabiq pilot xərçəng xəstəliyindən vəfat edib. Xatırladaq ki, Alan Cons 1980-ci ildə "Formul

5 noyabr
.

DÇ-2028: Azərbaycan - Latviya oyununun hakimləri açıqlanıb

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan - Latviya oyununun hakimləri bəlli olub. Bu barədə -a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikol

6 noyabr
.

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar

Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan karatenin şotokan növü üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib. WSF versiyası üzrə keçirilən yarışda Aytən Qədirova (kata), Hikmət Ağaye

2 noyabr
.

Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi

Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadən xəbər verir ki, o, klubla müqaviləni uzatmağı planlaşdırmır və 2026/27 mövsüm

8 noyabr
.

"Kəpəz"dən gözlənilməz çıxış - 7 oyundur uduzmur

"Kəpəz" son iki ayda keçirdiyi 7 qarşılaşmada məğlubiyyətlə üzləşməyib. "Qafqazinfo" xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi bu müddətdə 5 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Misli Premyer Liqasında "Qəbələ"ni (1:0), "Araz-Naxçıvan"

2 noyabr
.

"Fənərbaxça"dan möhtəşəm geridönüş

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is

4 noyabr
.

Argentina milli komandasının qapıçısı: "Messi bizə hər şeyi öyrətdi"

Argentina yığmasının və Londonun "Çelsi" futbol klubunun qapıçısı Emiliano Martines Lionel Messinin onun üçün bir nümunə olduğunu bildirib. Bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. "Mən də eynilə Messi kimi getmək istərdim. O, bizə hər şeyi öyrətdi: uğursuzluğa düça

31 oktyabr
.

İlham Əliyev mükafatlandırma mərasimində - Video

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi İspaniya millisi olub. "Qafqazinfo"nun məlumatına görə, Çexiya üzərində 3:0 hesablı parlaq qələbədən sonra turnirin təntənəli mükafatlandırma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezident

30 oktyabr