Anar Rzayevin "ədalət tərəzisi": Öz şirkətinə 12 ölkəyə yükdaşıma icazəsi verib (FOTOFAKT)
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirdiyi barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, hadisə ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevə töhmət verilib, xidmətin şöbə müdiri Malik Əliyev isə işdən çıxarılıb. Lakin DANX məlumatı təkzib edib.
Daha sonra Anar Rzayev televiziyaya verdiyi müsahibədə "kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli olmaz" deməklə xəbərin əsassız olduğunu bildirib.
Qaynarinfo Anar Rzayevin "ədalət tərəzisi"ni yoxlamaq üçün araşdırma aparıb.
Öncədən qeyd edək ki, Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər Niderlandın ofşor şirkəti olan "Van der Val Intl. Transport Bakı" şirkətinin baş direktoru vəzifəsində çalışıb. Hazırda onun vəzifəsini qardaşı İlqar Rzayev icra edir.
Araşdırmalardan bəlli olur ki, Anar Rzayevin "ədalət prinsipi" daha çox qardaşı üçün işləyir. Məsələn, o, qardaşının rəhbəri olduğu "Van der Вal Intl. Transport Bakı" şirkətinə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verib.
Qeyd edək ki, Anar Rzayevin sözlərinə görə, 10 yanvar 2022-ci il tarixindən etibarən "R Group Azerbaijan" MMC ABADA üzvlüyündən çıxarılıb. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etdirilib. Milli daşıyıcılar şirkətləri arasında qardaşının da şirkətinin olduğunu nəzərə alsaq, fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur...

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü