Maqsud Mahmudov: "DGK-nin keçmiş əməkdaşına 28 min manatlıq tapança verdim"
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasıında zərərçəkmişlər ifadə veriblər.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən İlham Kərimov bildirib ki, uzun illər Dövlət Gümrük Komitəsində işləyib.
O deyib ki, M.Mahmudov 57 min manat verəcəyini deyərək ondan 32 ədəd qızıl beşlik sikkə alıb: "Lakin indiyə qədər nə pulumu, nə də sikkələri geri qaytarmayıb".
M.Mahmudov isə zərərçəkmişin dedikləri ilə razılaşmayaraq söyləyib ki, həmin qızıl sikkələri əvvəl verdiyi brilliant tapança ilə əvəz edib: "Həmin vaxt İlhama 28 min manat dəyərində tapança verdim".
İ.Kərimov isə həmin söhbətin bu məsələyə aidiyyəti olmadığını bildirib.
Daha sonra zərərçəkmiş qismində Məzahir Ağayev dindirilib. O, qızıl alış-verişi ilə məşğul olan şirkətdə işlədiyini vurğulayıb.
Zərərçəkmişin sözlərinə görə, M.Mahmudovun ona 100 min manat borcu var.
Növbəti proses fevralın 21-nə təyin olunub.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü