Cehizə 5-10 min manat tapan valideyn təhsilə çatdıqda olur "ac-yalavac"...
Son günlər ölkəmizdə azyaşlı qızlarımızın ərə verilməsinin şahidi oluruq. Burada artıq tək oğlan evi yox, elə qız evi də cinayətkar hesab olunur. Qızın yaşının az olmasını vurğulayanda deyirlər: "Əşi, nənəmiz, anamız, özümüz 13 yaşında ərə gəlmişik, ölməmişik ki..."
Amma görək, bu erkən nikahın fəsadları nələrdir?
Bildiyiniz kimi, bir neçə gün öncə 15 yaşlı uşaq bətnindəki körpə ilə bərabər öldü. Bu kimi hallar saysız-hesabsızdır. Bu gün ictimaiyyətin beş hadisədən xəbəri varsa, əllisindən xəbərsizdir. Uşaqları hələ həyatı dərk etmədikləri çağlarında evləndirmək cəmiyyətə naqis ailələr bəxş etmək deməkdir.
Burada artıq valideynlə bərabər, o ərazinin icra nümayəndələri, müəllimlər, direktorlar və kənd sakinləri də günahkardırlar.
Səbəbini də deyim. Cahil valideyn "ər olsun, tez olsun" deyib, qızını qapısına gələn ilk "pedofil"lə nişanlayır. Bundan xəbədar olan qonşu, müəllim, qohum susur. Hətta utanmadan hələ gəlib o körpənin toyunda yeyib-içib, sağlıq deyib, rəqs edib çıxıb gedirlər. Olan isə azyaşlıya olur. Balaca qız getdiyi evdə artıq bir qulluqçuya çevrilir. Bəzən isə yoldaşı üz tutur paytaxta iş dalınca. Yazıq gəlin də "boynu bükük" oturub "ər"in qohumlarına qulluq edir.
Dünən də 2 yeniyetmənin nişan mərasimindən görüntülər yayıldı. Qız sanki gözləri ilə yalvarırdı: "Məni xilas edin, qoymayın, ərə versinlər!" Elə bəyin də məmnun olmadığı hiss olunurdu. Görüntüləri görən hər kəs kimi, çarəsiz qıza mənim də ürəyim ağrıdı. Niyə o, hansısa cahil, vicdansız bir valideynin qurbanı olmalıdır?!
Bir çox ata-anaya "Niyə qızını oxutmaq əvəzinə, ərə verirsən?" sualını verəndə "Oxutmağa imkanım olmadı" və ya "Qızım oxumadı" kimi bəhanələr gətirilər. Amma necə olur ki, elə həmin valideyn cehizə verməyə 5-10 min manat pul tapır?! Bunun üçün hətta borca girib, kredit də götürə bilirlər. Təhsilə gəldikdə isə, olurlar "ac-yalavac", yazıq, imkansız... Kaş o bəzi "valideyn"lər elə borc edib qızlarına təhsil verərdilər...
Digər tərəfdən, oxumayanı ərə vermək vacibdir?! Niyə uşaq öz uşaqlığını uşaq kimi yaşamasın. Əlində kitab-qələm, oyuncaq olmalı olan qız qucağına gəlincik əvəzinə canlı körpəni almalı olur və o körpə ilə birlikdə min dərdlə "böyüyür".
Ümid edirəm ki, bu problemin həlli üçün dövlətimiz tərəfindən tez bir zamanda tədbir görülər. Azyaşlı ilə evlənən "pedofil"lə bərabər, cahil valideynlər də həbs olunar. O zaman, bəlkə, bir çoxlarının ağılları yerinə qayıdar. Görünür, ictimai qınaqla məsələ həll olunmur və bu tənqidlər onlara dərs olmur...
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü