Xalqın rifahına həsr olunmuş geniş fəaliyyət
2017-ci il fevralın 21-də Azərbaycanın ictimai-siyası həyatında mühüm və əlamətdar hadisə baş verdi. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin oludu. Bu təyinat xalqımız tərəfindən böyük sevinc və coşqu ilə qarşılandı.
Humanizm, şəfqət, xeyriyyəçilik, yaradıcılıq bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. Müasir müstəqil Azərbaycanın inkişafına xidmət etmək, sosial məsələlərin həlli, milli-mənəvi dəyərləri, tarixi-mədəni irsi qorumaq, yardıma möhtac olanlara dəstək olmaq - bütün bu keyfiyyətlər Mehriban xanımın fəaliyyətinin əsasıdır. Onun bütün fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq arasında böyük nüfuzu olan Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi də özünəməxsus bir yolu davam etdirdi.
Mehriban xanım Əliyeva rəhbəri olduğu Heydər Əliyev Fondu vasitəsilə Avropa və dünyada bir sıra ciddi və xüsusi mahiyyət daşıyan mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti Azərbaycan yönəltməyi bacardı. Azərbaycanda baş verənləri, əsl həqiqətləri dünyaya çatdırmaq üçün bütün imkanları səfərbər etdirdi. Mehriban xanım Əliyeva ölkəmizdə və dünyada xeyriyyəçi, humanist, mədəniyyətə, tarixə, idmana xüsusi qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə, ekologiya sahələrində Respublikada və beynəlxalq miqyasda böyük layihələr həyata keçirən prinsipial və peşəkar bir ictimai xadimdir. Milli mədəniyyətin inkişafına, başqa xalqların mədəniyyətinin qorunmasına və mədəniyyətlərarası əlaqələrin inkişafına böyük töhfələr verən Mehriban xanım həm də yüksək səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun reallaşması üçün böyük əmək sərf edir. Azərbaycanın Birinci xanımı sülh və tolerantlığın yayılması, bütün dünyada humanist dəyərlərin bərqərar olması üçün müntəzəm tədbirlər həyata keçirir. Onun çoxşaxəli fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər.
Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti, elmi və incəsənətinin bütün sahələrinə qayğı göstərir. Onun təşkilatçılığı ilə ölkənin tanınmış alimləri və incəsənət xadimlərinin təbliği istiqamətində əvəzedilməz proqramlar reallaşır. Uzun bir fasilədən sonra Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilmişdir.
İkinci Vətən müharibəsi günlərində mərd, igid, cəsur oğullarımız Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə öz qanları, canları bahasına düşmən üzərində Şanlı Zəfər qazandılar. Həmin günlərdə Mehriban xanım Əliyevanın xalqımıza etdiyi müraciət, yaralı əsgərlərimizi ziyarət etməsi bir daha göstərdi ki, hər zaman olduğu kimi, insanları haqq işi uğurunda mübarizəyə səsləyir, bir ana, bacı həssaslığı, qayğısı nümayiş etdirirdi. Mehriban xanım hər zaman bir ictimai xadim və dövlət məmuru kimi həlak olanların ailələrinə lazımi köməyi göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edir. Bu gün isə doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq işləri aparılır, 30 ildə erməni vandalları tərəfindən dağıdılan evlərimiz, sosial infrastrukturumuz, talan olan ərazilərimiz, meşələrimiz, tarixi-mədəni- dini abidələrimiz yenidən tikilir, bərpa edilir. Bu işlərdə də şəxsən Mehriban xanımın Əliyevanın xüsusi yanaşmasını hiss etməmək mümkün deyil. Onun tapşırıqları əsasında həyata keçirilən layihələr tezliklə Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevriləcək, bir çox beynəlxalq tədbirlərin keçiriləcəyi yer olacaqdır.
İnanırıq ki, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətənimizin və xalqımızın taleyində bundan sonra da müstəsna rolu oyanyacaq, ölkəmizin inkişafına yeni və davamlı töhfələr verəcəkdır. Biz bu yolda ona uzun ömür, can sağlığı və böyük uğurlar arzulayırıq.
Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü