Bakı meriyasının yeni Aparat rəhbəri kimdir? - Maraqlı faktlar
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri vəzifəsini icra edən Ayaz İmaməliyevlə bağlı bəzi məlumatlar əldə etmişik.
Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ayaz İmaməliyev ziyalı ailəsində doğulub. Atası Ağalar İmaməliyev kimya elmləri namizədidir. Uzun müddət Sumqayət şəhər 13 saylı orta məktəbdə müəllim işləyib. Hazırda Sumqayıt Dövlət Universitetində çalışır.
Anası Elmira İmaməliyeva isə uzun müddət Sumqayıt şəhər 1 saylı poçt idarəsinin müdiri vəzifəsində çalışıb. Elmira İmaməliyeva ötən il dünyasını dəyişib.
Ayaz İmaməliyevin böyük qardaşı Asif İmaməliyev Milli Məclisin ikinci çağırış deputatı olub. Hazırda hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin sektor müdiri vəzifəsində işləyir.
Digər qardaşı Əşrəf İmaməliyev Qarabağ müharibəsi veteranıdır. 44 günlük müharibədən sonra "Böyük Zəfər" medalı ilə təltif edilib.
Ayaz İmaməliyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri, Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabrında BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2019-cu ildə isə bu vəzifədən azad edilərək BŞİH-in tabeliyindəki Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi postuna təyinat almışdı.
Xatırladaq ki, BŞİH-in Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. BŞİH-in başçısı Eldar Əzizov Aparat rəhbəri vəzifəsini Ayaz İmaməliyevə həvalə edib. Bu barədə ilk xəbəri Qaynarinfo yayıb. Qurumun mətbuat xidməti xəbəri təsdiqləyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3406 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr