Prezidentin icra başçıları qarşısında irəli sürdüyü üç prinsip hansılardır?
"Prezident İlham Əliyev icra başçısı vəzifəsinə yeni təyinatlar zamanı etdiyi çıxışda idarəetmədə müasir məqsəd və vəzifələrin nədən ibarət olduğunu izah edərkən üç mühüm prinsip üzərində dayanaraq onları vacib şərt kimi irəli sürdü. Bunlardan birincisi idarəetməni həyata keçirərkən vətəndaşın rəğbətinin qazanılması, yəni vətəndaş məmnunluğu, ikincisi hər bir məmurun xalqın xidmətçisi olması və üçüncüsü isə vəzifənin yüksək imtiyaz deyil, yüksək məsuliyyət olması ilə bağlı idi".
Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatın fikirincə, əslində bu üç prinsip müasir 2 məmur obrazının fəaliyyət kodeksi kimi də səciyyələndirilə bilər:
"Döğurdan da təkcə bu üç mühüm keyfiyətə sahib olmaq, ya da bu üç prinsip əsasında fəaliyyəti qurmaqla müasir idarəetmədə ən yaxşı nəticələr əldə etmək mümkündür. Elə Azərbaycan cəmiyyətinin də məmurlardan gözləntisi yuxarıda göstərilən prinsiplərdən irəli gələn vəzifələrin icra edilməsi ilə bağlıdır. Çox təəssüf ki, biz hələ də bəzi hallarda vəzifəni məsuliyyət kimi yox, xüsusi imtiyaz kimi dərk edən və vəzifə səlahiyyətlərini öz maraqlarını həyata keçirmək üçün vasitə kimi görən məmurlarla da rastlaşırıq. Eyni zamanda həm də onun şahidi oluruq ki, bu tip məmurlar tutduqları vəzifə mərtəbəsindən asılı olmayaraq, qanunlar qarşısında cavab verməli olurlar. Bu isə nəticə etibarilə həm məmurların şəxsi faciəsinə, həm də ictimai etimadın zədələnməsinə, məmura yaxud dövlət səlahiyyətlisinə qarşı inamsızlığa gətirib çıxarır. Nəticə də isə uduzan bütün tərəflər olur".
Hikmət Babaoğlu hesab edir ki, Prezident İlham Əliyevin tapşırıqları təkcə yeni təyin olunan icra başçıları üçün deyil, bütün məmurlar üçün bir fəaliyyət istiqaməti təşkil etməlidir:
"Azərbaycan Prezidenti eyni zamanda hazırki yeni çağırışlar kontekstində rayonlarımızda iş yerlərinin yaradılması, işgüzar mühitin formalaşdırılması sahibkarların fəaliyyətinin və onların təşəbbüslərinin dəstəklənməsinin də vacib olduğunu vurğulayaraq bu istiqamətdə mühüm addımların atılmalı olduğunun zərurətindən danışdı. Ölkəmizdə həyata keçirilən dərin islahatların yeni şərtlərə formalaşdırdığını və bu imkanların yaratdığı yeni fürsətlərin lazımınca qiymətləndiriləsinin vacibliyini qeyd etdi. Bütün bunlar isə məmur ordusu qarşısında necə böyük vəzifələrin dayandığı və onların uğurlu həllinin isə sosila-iqtisadi inkişafımıza necə böyük töhfələr verə biləcəyini göstərmiş oldu. Şübhəsiz ki, bütün bunlar milli inkişafımızın yeni mərhələsi üçün də əsas prioritetləri təşkil edən istiqamətlərdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü