"Məni aldadan şirkət sabiq deputatındır, hətta özü ilə də görüşmüşəm"

"Məni aldadan şirkət sabiq deputatındır, hətta özü ilə də görüşmüşəm"Abşeron rayonunda yerləşən "Kəpəz –M" Mənzil Tikinti Kooperativlərindən (MTK) ev alan vətəndaş mənzilinin digər şəxsə də satıldığını deyir.

Sonxeber.az Pravda.az-a istinadən xəbər verir ki, şikayətçi Hüseynağa Heydərov "Qafqazinfo"ya müraciət edərək bildirib ki, "Kəpəz-M" MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospekti 596 ünvanında yerləşən binadan üç mənzil alıb. Üç mənzildən ikisi üç otaqlı, biri isə bir otaqlıdır. Ümumilikdə vətəndaş bu mənzillərə görə şirkətin nümayəndəsinə 157 min manat ödədiyini deyir. Onun sözlərinə görə, şirkətə yalnız bir otaqlı mənzil üçün 20 min AZN borcu qalıb.

Hüseynağa Heydərov iddia edir ki, ödənişi şirkətin satış təmsilçisi Tamerlan Tağıyevə şəxsən ödəyib: "Hazırda məndə yalnız bir evin (56 saylı mənzil) çıxarışı var. Digər mənzillərə (10 və 39 saylı mənzillərə) dair isə müqavilə və maliyyə arayışlar var. Çıxarışı olan evim MTK tərəfindən başqa adama satılıb. Həmin şəxs qapını sındıraraq mənzilə başqa qapı qoyub və hazırda orda yaşayır. O, şəxs bildirir ki, onun əlində bu mənzilin alınmasına dair müqavilə var. Bu şəxs "Kəpəz – M" MTK-nın işçisidir. Maraqlı məqam odur ki, həmin şəxs digər evi məhz 56 saylı evin üstündə, 12-ci mərtəbədədir. Deməli, 2020-ci ilin sonunda biz evi almışıq, onu təmir etmişik, bütün prosesləri görmüşük. Guya bu adam, bizdən qabaq 2019-cu ildə alıb. Əgər elədirsə, niyə həmin şəxs bir dəfə də olsun təmir gedən vaxtı gəlib bizdən burada nə etdiyimizi soruşmur? Çox absurd vəziyyətdir. 10 saylı mənzildə təmiri demək olar ki, bitirmişdik, artıq ona da çıxarış alırdıq".

Şikayətçinin sözlərinə görə, 2021-ci ilin aprel ayında ona bu mənzilin Tamerlan Tağıyev tərəfindən, şirkətin xəbəri olmadan satıldığı deyilib: "Şirkət də ondan şikayət edib və hazırda Tamerlan Tağıyev həbsdədir. Məhkəmə prosesləri zamanı Tamerlan Tağıyev özü də məndən pulu aldığını, onu şirkətə - Kəpəz MTK-ya verdiyini etiraf edir. Şirkət öz növbəsində qeyd edir ki, məsələdən xəbəri yoxdur. O, şirkətdən xəbərsiz evi satıb, pulları cibinə qoyub və xərcləyib. Mən öz izahatımda, ifadəmdə bildirmişəm ki, yaranmış vəziyyətdə günahkar "Kəpəz – M" MTK-dır. Tamerlan Tağıyev sadəcə oranın işçisidir. Şirkət ona bütün səlahiyyətləri verib, sayğacların quraşdırılması, onlara nəzarət, şirkətin möhürü, ipoteka kreditini rəsmiləşdirmək üçün etibarnamə də onda olub. İndi isə şirkət deyir ki, mən bu şəxs barədə heç bir məsuliyyət daşımıram.

MTK-ya məxsus binada 8 mənzillə bağlı eyni vəziyyət yaşanır. Ümumilikdə, Tamerlan Tağıyev yarım milyona yaxın məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur".

H. Heydərov eyni zamanda iddia edir ki, adıçəkilən MTK sabiq deputat Mahir Aslanova məxsusdur. Onun dediyinə görə, məsələ ilə bağlı hətta Mahir Aslanovla şəxsən görüşüb: "O, mənə hazırda istintaqın getdiyini, yalnız istintaq bitikdən sonra nəsə edə biləcəyini bildirdi".

Səsləndirilən iddialarla bağlı MTK-nın direktoru Rəşid Quliyevlə əlaqə saxladıq. O, evlərin şirkət tərəfindən satılmadığını deyib: "MTK olaraq biz o mənzilləri satmamışıq. Hazırda bu işlə bağlı istintaq işi aparılır. İstintaq getdiyinə görə, mən bu barədə çox danışa bilməyəcəm".

Rəşid Quliyev həmçinin qeyd edib ki, Tamerlan Tağıyev bir müddət əvvəl "Kəpəz M" MTK-nın satış təmsilçisi olub.

Məlumat üçün bildirək ki, bu iş üzrə Bakı Ağır Cinayətlər məhkəməsində çərşənbə günü növbəti proses baş tutub. Şirkətin təmsilçiləri ötən dəfə olduğu kimi, bu həftə də məhkəmə iclasına qatılmayıblar. Hakim Azad Məcidov şifahi şəkildə şirkətin vəkilindən növbəti iclas zamanı şirkətin direktoru Rəşid Quliyevin iştirak etməsini tələb edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1609   Tarix: 19 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr