Sürücünün polisə qarşı iddialarına rəsmi cavab
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücü Rafiq Yusif oğlu Sultanovun İdarə rəhbərliyi və yol polisinin ünvanına sosial şəbəkələr vasitəsilə səsləndirdiyi iddialara cavab verib.
Sonxeber. az Axar.az-a istinadən xəbər verir ki, idarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli Report-a açıqlamasında bildirib ki, sürücünün sosial şəbəkələr vasitəsilə ünvanladığı müraciət qərəzlidir.
"Məsuliyyətdən yayınmaq üçün ictimai rəydə neqativ fikirlər formalaşdıran sürücü müxtəlif vaxtlarda İnzibati Xətalar Məcəlləsinin 342.2.4, 342.1.3, 342.2.2 və digər maddələrin tələblərini - konstruksiya dəyişiklikləri, icazə verilməyən pərdədən və plyonkadan istifadə, dövlət nömrə nişanı olmadan avtomobilin idarə olunması qaydalarını pozduğuna görə saxlanılıb. Barəsində qanunauyğun şəkildə tədbir görülüb. Nəqliyyat vasitəsi zavod istehsalı vəziyyətinə qaytatıldıqdan sonra duracaqdan buraxılıb.
Lakin sonuncu dəfə saxlanılan zaman sürücü yenə də idarə etdiyi 99-OS-084 dövlət nömrə nişanlı, "Tofaş" markalı avtomobil ilə təkrar olaraq eyni qayda pozuntularına yol verib. Avtomobildə icazə verilməyən pərdədən istifadə, dövlət nömrə nişanı olmadan maşını idarə etmək və müxtəlif konstruksiya dəyişiklikləri etməklə kobud şəkildə qaydaları pozub. Dövlət yol polisi sürücünü aşkarlayıb və müvafiq qanun pozuntularına uyğun olaraq avtomobili duracağa yerləşdirilib. Qeyd edək ki, sürücünün 1971 manat məbləğində ödənməmiş cərimələri də var və sürücü bu barədə məlumatlandırılıb".
R.Əhmədli onu da əlavə edib ki, qeyd olunan qanun pozuntularının aradan qaldırılacağı, avtomobilin zavod istehsalı vəziyyətinə qaytarılacağı və 1 971 manat cərimənin ödəniləcəyi təqdirdə avtomobil dayanacaqdan buraxılacaq:
"Sürücünün sosial şəbəkələrdə məlum çıxışı və iddiaları haqsızdır və yol polisinin fəaliyyətinə kölgə salmaq, məsuliyyətdən yayınmaq məqsədi güdür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1160 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr