Münhendə Azərbaycan və Ermənistanın iştirakı ilə panel
"Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin BMT Baş Assambleyasının tribunasından səsləndirdiyi sülh təşəbbüsü barədə danışılıb. Mövzu ətrafında kifayət qədər maraqlı diskussiya aparılıb. Azərbaycan və Ermənistandan olan həmkarların iştirakı ilə panel baş tutub. Müzakirələrə ATƏT, Dünya Bankı və digər beynəlxalq təşkilatların nümayəndələri də qatılıblar".
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.
D.Zalkalianinin sözlərinə görə, müzakirələr zamanı İ.Qaribaşvilinin Dinc Qonşuluq Təşəbbüsü barədə ətraflı məlumat təqdim olunub: "Bizim təşəbbüsümüz qonşularımıza Tbilisini konkret layihələrin müzakirəsi üçün dialoq pltaformasına çevirmək təklifindən ibarətdir. Biz buna bugünkü kontekstdə baxmalıyıq, çünki təşəbbüsün əsas tərkib hissələrindən biri iqtisadiyyatla bağlıdır və bu, xarici təhdidləri neytrallaşdırmaq üçün çəkindirici amillərdən biridir.
Əgər təşəbbüslərin həyata keçirilməsi nəticəsində regionun, Gürcüstanın cəlbediciliyi və funksiyası artarsa, bu, təbii ki, mühüm çəkindirici amil olacaq və bu məsələdə tərəfdaşlarımızın hərtərəfli dəstəyi var. Donor təşkilatlar da konkret layihələrin işlənib hazırlanması üçün maliyyə vəsaiti ayırmağa hazırdırlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü