"Müdafiə Nazirliyinə ayrılan pulun 10 faizi Nəcməddin Sadıkova çatıb"
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində həyata keçirdiyi əməliyyatın sonucu olaraq sabiq Baş Qərargah rəisi, bir neçə gün əvvəl Bakıda qəza törətməsi ilə gündəmə gələn Nəcməddin Sadıkov həbs oluna bilər.
Sonxeber.az "Qafqazinfo"ya xəbər verir ki, bunu "Yeni Müsavat"a açıqlamasında hərbi ekspert, mayor Telman Əbilov bildirib.
O deyib ki, Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi postunu tutduğu dönəmlərdə büdcədən müdafiə xərcləri üçün ayrılan vəsaitlərin 10 faizi ona çatıb:
"Təsəvvür edin ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddinə çatıb. 300 milyon ayrılıb, yenə də 10 faizi onun cibinə gedib. Hər dəfə 20-30 milyona sahiblənib. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb".
Hərbi ekspert qeyd edib ki, Müdafiə Nazirliyinin maliyyə sektorunda yüksək vəzifəli şəxslərin külli miqdarda mənimsəmə ittihamı ilə həbsi əbəs deyil:
"Bilirsiniz ki, Müdafiə Nazirliyinin maliyyə işlərinə baxan dörd idarəsinin, bir şöbəsinin rəisləri 15 milyon manatlıq mənimsəmədə ittiham olunaraq həbs olunublar. Bu məbləğ istintaq zamanı 15-20, bəlkə də, daha çox arta bilər.
Tutulanlar nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımovdir.
Cəlal Kazımov ən son həbs ediləndir. Onların hər biri barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib.
Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü - vəzifə saxtakarlığı, 341.2.1-ci - bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.
Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəməni təkbaşına həyata keçirə bilməzdilər. Tutulanlar maliyyə işlərinə cavabdeh olan bir nömrəli şəxslərdir. Belə bir miqyaslı mənimsəmə bir günün, bir ayın, heç bir ilin içində baş verməyib.
Bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət əlaqəli iş aparılıb. Bu işlərin içində ali və yüksək rütbəli hərbçilər olub. Bu gün Nəcməddin Sadıkov Azərbaycanda sərbəst gəzib dolaşır, hətta şəhərdə zirehli maşınında gəzib qəza da törədir. Onun həbsi üçün vəzifədə olduğu müddətdə də, bu gün də kifayət qədər əsaslar var".
Ekspertin fikrincə, N.Sadıkovun həbsi üçün siyasi iradə göstərilməlidir:
"Məsələn, general Rövşən Əkbərov 2001-ci ildə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində Elçin Əliyevi soyuq silahla qəsdən öldürmüşdü. Bu cinayətə görə onun həbsi üçün kifayət qədər əsaslar olsa da, həbsinə qətldən 20 il sonra qərar verildi. Nəcməddin Sadıkovun həbsi üçün əsaslar var.
Sadəcə müvafiq tapşırıq verilməlidir ki, onu tutsunlar. Bununla belə, inanıram ki, bu adam həbs ediləcək. Çünki 30 ilə yaxın Azərbaycanın Müdafiə Nazirliyindəki cinayətkar fəaliyyətinə görə cəzasız qala bilməz. Ən azı "Tərtər işi"ndə baş verənlərə görə onun həbsi vacibdir. "Tərtər işi" onun təşkilatçılığı, şəxsən rəhbərliyi ilə, rus kəşfiyyatının sifarişi əsasında aparılıb. Nəcməddin Sadıkov buna görə cəzaya çatdırılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü