DYP-dən Sumqayıtda üç nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbləri ilə bağlı AÇIQLAMA
Dövlət Yol Polisi İdarəsi ötən həftə Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasının ilkin səbəbini açıqlayıb.
İdarənin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev "Report"a bildirib ki, qəzaya əsas səbəb sürət həddinin yüksək olmasıdır: "Düzdür, Bakı-Quba yolunun bəzi hissələrində nahamarlıqlar var. Məhz bu səbəbdən həmin yolda sürət həddi 110 km saatdan 90 km saata endirilib. Hətta bəzi yerlərdə daha aşağı sürət həddi müəyyən edilib. Məlumdur ki, yolda təmir işləri davam edir. Bu, bir günə, bir aya həll olunası məsələ deyil. Lakin bu müddət ərzində sürücülər xüsusilə diqqətli olmalıdır. Qanunvericilikdə də göstərilir ki, sürücü yolun vəziyyətini, hərəkət şəraitini nəzərə alaraq ona uyğun sürət həddi seçməlidir".
"Həmin qəzada bir sıra digər amillər də var. Belə ki, qəzaya düşən şəxslərin yaxınları vəfat etdiyi üçün tələsik yola çıxıblar. Ailənin vəziyyəti, həm stress və həyəcan, həm də yüksək sürət həddi qəzanın baş verməsinə təsir göstərib. Təhlükəsizlik kəmərinin taxılmaması da hadisənin nəticəsini ağırlaşdırıb. Təbii ki, bunlar hamısı ilkin ehtimallardır, hadisə ilə bağlı hələ istintaq gedir. Yol polisi dəfələrlə sürücülərə müraciət edərək mənzil başına tez yox, sağ-salamat çatmaq üçün qaydalara riayət etməyə çağırıb. Bir daha bildiririk ki, ilk növbədə özümüzün və yaxınlarımızın həyatını düşünərək addım atmalıyıq" – o vurğulayıb.
Qeyd edək ki, fevralın 17-də təxminən saat 17:17 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu "Mercedes-Benz E320" markalı 90-TF-497 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb.
Qəza nəticəsində sürücü S.Əliyev və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Xatırladaq ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslər həmin gün Qusar rayonunda dəm qazından zəhərlənərək ölən 5 nəfərdən ibarət ailənin yaxın qohumlarıdır və məlum səbəbə görə rayon istiqamətində tələsik yola düşüblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2068 Tarix: 20 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr