Videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub - FOTO
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhər sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün "Tik-Tok" sosial şəbəkə hesabında paylaşıb.
İntizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 964 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabr