Ana və övladlarının qətlinin daha bir təfərrüatı: Qatilin apardığı pulla ev alacaqlarmış
Fevralın 20-si Bakının Nizami rayonunda ana və iki övladının qətlə yetirilməsi ölkə gündəmini zəbt etdi.
Lent.az-ın məlumatına görə, mərhum Gülnar və iki azyaşlı övladı illərdir qeyd olunan mənzildə kirayədə qalırmış. Qonşular deyir ki, Qaraxanlı ailəsinin bütün üzvləri sakit və mehriban idilər.
Heç vaxt qonşularla aralarında problem yaşanmayıb. Bildirilib ki, hər üç məhrumun meyiti ailə başçısı Fəsahət Qaraxanlıya təhvil verilib və Sabirabada ata yurduna aparılıb. Məlumata əsasən, F. Qaraxanlı TIR sürücüsüdür.
Bundan əlavə, qətli törədən Əhəd Əliyevlə də bağlı bir sıra təfərrüatları üzə çıxıb. Onun həyat yoldaşından boşandığı deyilsə də, elə deyilmiş. Ə. Əliyevin həyat yoldaşı hazırda Sabirabad şəhərində şirniyyat sexi işlədir. Özü isə rayonun Narlıq kəndində biologiya müəllimidir. 43 yaşlı Əhəd Əliyev Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. O, bir müddət Sabirabad rayon 8 saylı məktəbdə müəllim işləyib, sonrada isə Saatlı rayon Novruzlu kənd məktəbinə direktor təyin edilib. O, direktor işlədiyi zaman külli miqdarda borca girib. Belə ki, bir neçə müəllimin adından kredit götürüb, lakin krediti bağlaya bilməyib. Qətldən 3 gün əvvəl Gülnar Qaraxanlı anasına zəng edərək, "evin pulunu hazırlamışıq" deyib. Məlumata əsasən, Gülnar və həyat yoldaşı Fəsahət ev almağa hazırlaşırlarmış. Ə. Əliyev də onlarda pul olduğunu bilib və məlum dəhşətli qətli törədib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 5311 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi
Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl
29 sentyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabrQisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre
21 sentyabrVüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı
Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye
8 oktyabrMeşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto
Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu
3 noyabrHəmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"
17 oktyabrBıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi
Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini
19 oktyabr