TƏBİB-dən YENİ TƏYİNAT - Gənc həkim direktor oldu - FOTO
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, institutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub.
Bildirilib ki, V.Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.
Bununla da, uzun müddət özəl sektorda uğurla fəaliyyət göstərən uzmanlıq dərəcəsinə malik menecer həkimlərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibbi müəssisələrinə transformasiyasına başlanılıb.
Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Pərvin Əkbərovun uzun müddət özəl sektorda uğurla çalışdığını, bundan sonra da öz təcrübəsini Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyətinin yenidən uğurla təşkil olunmasına yönəldəcəyinə əminliyini ifadə edib.
Daha sonra, Vüqar Qurbanov Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyəti, yaradılan şəraitlə yaxından tanış olub, terapiya mərkəzlərindəki mövcud vəziyyətlə maraqlanıb, həkim heyətinin təkliflərini dinləyərək tövsiyyələrini verib.
Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetinin, Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universiteti Osteopatik Klinik Reabilitasiya üzrə Fəlsəfə Doktoru dərəcəsinə malikdir.
İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat olan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun yeni direktoru Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. O eyni zamanda, 2015-2017-ci il Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-ci ildən bu günə qədər Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də, 2018–ci ildən bu günə qədər isə Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini davam etdirib.
Türkiyə, Rusiya, Amerika, Kanada, Almaniya, İspaniya, Niderland, İran, Çexiya, Cənubi Afrika və Hindistan kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib. "A.I.M.S" İdman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvüdür. Bundan başqa, Pərvin Ələkbərov bir çox elmi məqalələrin də müəllifidir. Tibb sahəsində bir sıra mütərəqqi yenilik və texnologiyaların tətbiqi məhz onun adı ilə bağlıdır.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü