"Buta" biletlərinin AZAL-dan baha olması tənqid edildi

"Buta" biletlərinin AZAL-dan baha olması tənqid edildiSosial şəbəkələrdə Bakıdan İstanbula "Buta Airways" loukosteri ilə biletlərin milli daşıyıcı olan AZAL-la uçuşlardan daha baha olması ilə bağlı fotofakt yayılıb. Belə ki, 22 fevral tarixində eyni şəhərə "Buta" ilə 289.80, AZAL-la isə 289.67 AZN-ə getmək olar.

Biletlərin qiymətini müqayisə etmək üçün biz də adıçəkilən hava yollarının saytında bilet axtardıq və eyni mənzərənin şahidi olduq. Fevralın 23-ü tarixinə eyni istiqamətə 23 kq baqaj daxil bilet AZAL-la 297.40, "Buta" ilə isə 318.80 AZN-ə göstərir.

"Qafqazinfo" xəbər verir ki, hər iki hava yollarının təklif etdiyi aviabiletlərin müqayisəli qiyməti müzakirələrə səbəb olub. Aşağı büdcəli aviaşirkətdən dəfələrlə ucuz bilet gözləntisi olsa da, bəzən eyni, bəzən isə hətta baha qiymət təklifi sərnişinlərdə narazılıq yaradıb. Bildirilir ki, insanlar loukosterlərə ucuz və münasib tariflə bilet almaq üçün müraciət edirlər. Nəzərə alsaq ki, aşağı büdcəli aviaşirkətdə yemək və digər xidmətlər AZAL-dan zəifdir, loukosterin daha baha olması sual doğurur.

Dəfələrlə bu məsələdə tənqid olunan milli aviadaşıyıcı isə bununla bağlı daha əvvəl də verdiyi açıqlamalarda qiymətlərin bu və ya digər istiqamət üzrə aviabiletin dəyərinin uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişməsi ilə əlaqələndirib. Şirkətin açıqlamalarında qeyd olunur ki, aviabiletin dəyəri ən aşağı tarifdən ən yüksək tarifədək əvvəlcədən müəyyən edilir: "Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu, sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət verir".
"Buta" biletlərinin AZAL-dan baha olması tənqid edildiİqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə də biletlərin qiymətinin formalaşmasında tələb və təyyarənin doluluq səviyyəsi faktoru çox vacibdir. Ekspert saytımıza açıqlamasında deyib ki, bunun üçün bir sıra hava yolu şirkətləri avtomatlaşdırılmış proqramlar tətbiq edirlər: "Qiymətlər bu proqramlar tərəfindən sifarişlər, təyyarənin yüklülük səviyyəsi, müraciətlərin sayı nəzərə alınmaqla konkret alqoritmlər əsasında formalaşır. Ola bilsin ki, müəyyən uçuş tarixlərinə və reyslərə "Buta" üzrə tələb daha yüksək olub. Çünki bu, psixoloji faktordur, insanlar bilet alanda AZAL-ın xidmətlərinə deyil, alternativlərə, ən yaxşı halda, "Buta"ya müraciət edirlər. AZAL bu günədək bahalı xidmətlər təşkil edən hava yolu şirkəti kimi beyinlərdə qalıb. Bu səbəbdən "Buta"da tələb yüksəlir və qiymət qalxır. Eyni zamanda, əks proses AZAL-da baş verir. AZAL-ın çarter olmayan, mütəmadi, mütləq uçmalı olan reysinə yerlərin boş qalması maliyyə itkisidir. Məcburən AZAL dəyər-dəyməzinə bilet təşkil etməli olur. Düşünürəm ki, bu iki səbəbdən müvafiq vəziyyət ortaya çıxıb".

Bəs qiymətin artması təyyarənin doluluğu ilə əlaqəlidirsə, bu halda loukosterin bilet qiymətlərinə ənənəvi hava yollarını keçməməsi üçün maksimum hədd qoyula bilərmi?

Bu sualın cavabına gəlincə isə, ekspert qiymətin liberal əsaslarla formalaşmasının tərəfdarı olduğunu deyir. Onun sözlərinə görə, biletə aşağı hədd qoyulmadığı kimi yuxarı hədd də qoyulmamalıdır: "Türkiyədə TL-nin sürətli dəyərsizləşməsi dövründə bununla bağlı problemlər ortaya çıxmışdı. Çünki onlarda qiymətlərdə yuxarı tavan müəyyən olunmuşdu. Mən hesab edirəm ki, problem "Buta"nın qiymətinin hansısa reys üçün AZAL-dan baha olmasında deyil, hava nəqliyyatı sahəsində bu gün həyata keçirilən dövlət siyasətindədir. Burada maraqlar konflikti var, hava nəqliyyatı infrastrukruru AZAL-ın tabeliyindədir. Bu, AZAL-ın ölkənin bütün hava nəqliyyatı infrastrukturunu öz maraqları çərçivəsində idarəetməsinə gətirib çıxarır. Loukosterlərin bazara gitməsi imkanlarını məhdudlaşdırır. Bəzi hallarda məlum olur ki, çarter reyslər üçün hətta daşınan sərnişin sayına görə rüşvət tələb edirlər. Bütün bunlar Azərbaycanda hava nəqliyyatı sahəsində sərnişindaşımanın sayını əhəmiyyətli şəkildə aşağı salır. Burada fundamental həll yollarına gedilməlidir, nəinki tavanın müəyyən edilməsi. Azərbaycan açıq səma prinsipləri əsasında öz hava nəqliyyatı siyasətini formalaşdırmalı, hava sərhədlərini həm loukosterlər, həm də digər hava yolları şirkətləri üçün açmalıdır. Rəqabətin artmasını, liberal hava nəqliyyatı siyasəti fonunda qiymətlərin formalaşmasını təmin etməlidir".

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan "Buta Airways"in qiymətlərinin yüksək olması narazılıqlara səbəb olmuşdu. Ötən aydan etibarən isə aviaşirkət vətəndaşlar üçün qiyməti 29 avrodan başlayan "Büdcə" tarifini bərpa etdiyini açıqlasa da, qısa müddətdə həmin biletlər tükənmiş və az sayda vətəndaş onlardan yararlana bilmişdi. Eyni zamanda həmin tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmurdu.
"Buta" biletlərinin AZAL-dan baha olması tənqid edildi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 889   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr