TƏBİB vaksinasiya sahəsində əsas problemi açıqlayıb
"Məni ən çox narahat edən məsələ bir doza belə vaksin qəbul etməyən əhalidir".
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva "Fəaliyyət üçün məlumat": Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olma" mövzusunda tədbirdə deyib.
O bildirib ki, bu məsələ analiz edilib: "Vaksin sertifikatı tələb olunan qapalı məkanlar daha çox gənclərin, orta yaşlı insanların istifadə etdiyi məkanlardır.
Ona görə də "buster" doza tələb olunan zamandan bu yaş aralığında insanların vaksinasiyadan keçməsi prosesi aktivləşib. Ancaq heç bir sosial aktivliyi olmayan və işə getməyən yaşlı əhalini vaksinasiyaya cəlb etmək çətindir. \Çünki onlar COVID-19 sertifikatı əldə etməkdə maraqlı deyillər. Bizi da narahat edən bu yaş qrupundan olan və heç bir doza vurdurmayan insanlardır. Xəstələndikləri an onlar risk qruplarıdır. Bununla əlaqədar bir çox maarifləndirici tədbirlər də həyata keçirmişik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 964 Tarix: 23 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabr