Azad edilmiş ərazilərdə minaya düşən şəxslərin sayı AÇIQLANDI
İşğaldan azad edilmiş ərazilərdə minaya düşən şəxslərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 85 nəfər mülki şəxs minaya düşüb.
O deyib ki, minaya düşmüş mülki şəxslərdən 30 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
"Onların sırasında müxtəlif kateqoriyadan olan insanlar var ki, həmin ərazilərə qanunsuz daxil olaraq mina təhlükəsinə məruz qalıblar. Minalardan təmizləmə prosesi başa çatana qədər işğaldan azad olunan ərazilərə nəzərdə tutulmayan marşrut üzrə hərəkət təhlükəlidir".
"Həlak olan mülki şəxslərdən bəziləri dəfələrlə qanunsuz olaraq həmin ərazilərə gedib və qanunvericiliyə uyğun olaraq cəzalandırılıblar. İşğaldan azad olunan ərazilərə getmək arzusunda olan mülki şəxslərin diqqətinə çatdırırıq ki, aidiyyəti dövlət qurumu tərəfindən müəyyən olunan marşrutlar üzrə vətəndaşların getməsi üçün təhlükəsiz şərait yaradılıb", - o vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1074 Tarix: 23 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabr