Motivator və şəxşi inkişaf mütəxəssisi Rəna Əmirəliyeva ilə enerjinizi yüksəldərək daha xoşbəxt yaşayın - FOTOLAR
Enerjilər bizim həyatımıza necə təsir göstərir? Maraqlı sualdır elə deyilmi, sualın cavabı isə çox sadədir. Yaşamaq üçün bizim məhz bu enerjilərə ehtiyacımız var, "Yaşam Enerjisi" adlandırdığımız bu güc bizim içimizdədir və həyatımızı, duyğularımızı idarə etmək üçün bizim ən əhəmiyyətli vasitəmizdir. Hüzurlu, xoşbəxt, coşqulu bir həyat yaşamaq üçün enerjimizi düzgün istifadə etməyi öyrənməliyik. Bu sahənin yeni-yeni inkişaf etməsinə baxmayaraq Azərbaycanda bu sahə üzrə çox bacarıqlı, peşəkar mütəxəssis və motivator Rəna Əmirəliyeva öz məlumatları ilə insanlara olduqca faydalı məsləhətlər verərək həyatlarında böyük dəyişimlərə səbəb olur. Dünyaca məşhur Con Kexo, Joe Dispenza, Tony Robbinsin kimi mütəfəkkirlərin webinarlarına qoşularaq enerjilərin gücünü, insan həyatındakı təsirlərini dərindən öyrənmişdir. Rəna xanım özü çox pozitiv enerjiyə sahib bir qadındır. O, Bakıda xüsusi seminarlar, marafonlar təşkil edərək yeni bir sən yaratmaqda insanlara yardımçı olur. "Dəyişim öncə səndən başlayır" adlı marafon təşkil edən Rəna xanım bu marafonla içimizdəki gücü tapmağımızda, onu düzgün istifadə edərək hədəfə yönəlməyimizdə və arzularımızı düzgün istəməyi bacarmağımıza kömək edir. Bəzən həyat enerjimizi düşürən neqativ duyğulara hədinndən artıq fokuslanırıq, məsələn; əsəb, nifrət, çox danışmaq, söz israfı, neqatif düşünmək və s. bu kimi hisslərlə özümüzü yoraraq sadəcə özümüzü aşağı çəkirik. Məktəblərdə peşə təhsili ilə yanaşı "yaşamaq sənəti" öyrədilmiş olsa idi, həyatımızda görəcəyimiz işlərin keyfiyyətinin daha yüksək hala gəlməsi qaçınılmaz olardı. Bəli, bu vacib bir məsələdir, çünki həyat enerjisini düzgün istifadə etməyən insanlar yorğun, kefsiz və istəksiz olurlar. Ən sadə vəziyyətləri belə bu adamlar çətin, həll edilməz problem olaraq qəbul edirlər. Həyat enerjilərini istifadə edə bilməyən insanlar nəticə etibarı ilə depresiyaya meyilli olurlar. Depresiyanı isə günümüzün ən böyük bəlalarından olan intiharların başlanğıc mərhələsi hesab etmək olar. Bu halların qarşısını almaq üçün səylə çalışan Rəna xanım bunun üçün sosial şəbəkə hesablarından daim çağırışlar edir, təmənnasız şəkildə insanlara yardım etməyi təklif edir. Fəaliyyəti ilə insanların həyatına işıq olan Rəna Əmirəliyeva daim biliklərini artıraraq durmadan öyrənir, durmadan öyrədir və pozitivlik mənbəyi olmağa davam edir.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü