Bayden rus qatarlarını necə aşıracaq?

Bayden rus qatarlarını necə aşıracaq?Qan Turalı yazır...

Rusiyanın Ukrayna ekspansiyası fonunda baş verən proseslərdə bir məqam diqqəti cəlb edir.

İndi XXI əsrdir və bu müharibə də əsrin möhürünü daşıyır.

Əsr isə informasiya texnologiyaları əsridir.

Bu ayın əvvəlində ABŞ Dövlət Departamentindən, Pentaqondan, adını gizlin saxlayan kəşfiyyatçı zabitdən gələn açıqlamalar bəlkə də hadisələrin gedişatını dəyişdi.
Onlar Rusiyanın dövriyyəyə buraxacağı saxta bir videodan danışırdılar.

Video ukraynalıların rus etnik azlığa qarşı soyqırımı haqqında idi.

Daşınan meyitlər, ağlayan analar, türk dronları, partlayışlar…

Ssenaridə hər şey nəzərdə tutulmuşdu, xəbərin sıza bilməsi ehtimalından başqa…

Rusların indi düşündüyünü amerikalılar 1997-də düşünüb, filmini də çəkmişdilər.

Söhbət baş rollarını Dastin Hoffman və Robert De Nironun oynadığı "Wag the Dog" filmindən gedir. Filmdə ABŞ prezidenti öz seks qalmaqalını unutdurmaq üçün məşhur film prodüserinə saxta bir video hazırlatdırır.

Filmi danışıb baxmaq həvəsinizi söndürməyim.

Bəli, Rusiyanın filmi isə "rusca" oldu.

İndi isə başqa bir film başlayır…

Dünən "NBC News" kanalı ABŞ kəşfiyyat orqanları tərəfindən Baydenə Rusiyaya kiberhücum planının təqdim edilməsi barədə məlumat yaydı.

Bu planla məşğul olan dörd şəxsin kanala verdiyi məlumata görə plan misli görünməmiş dərəcədə dağıdıcı olmalı idi.

Əməliyyat planı Rusiyada internet və elektrikin kəsilməsi, orduya hərbi təchizatı ləngitmək üçün qatar sistemlərinin bloklanması, təyyarələrin elektron sisteminə müdaxilə, bankların şəbəkə sistemini qarışdırmaq kimi radikal tədbirləri nəzərdə tuturdu.

Xəbər hazırlandı, Ağ Evin münasibəti də soruşuldu.

Ancaq onlar bu haqda danışmaq istəmədilər.

Prezidentin mətbuat konfransına bir neçə saat qalırdı, xəbər efirə verildi və Ağ Ev dərhal xəbəri təkzib etdi.

Hərçənd təkzibi normal qarşılamaq gərəkdir. Çünki Ağ Ev beynəlxalq hüquqazidd aktı etiraf edərək məsuliyyəti öz üzərinə götürə bilməzdi.

Bayden isə mətbuat konfransında Rusiyanın ABŞ-a kiberhücum təşkil edəcəyi halda ona sərt şəkildə cavab veriləcəyini elan etdi.

O, bu sözləri suala cavab kimi demədi, qarşısındakı kağızdan oxudu.

Yəni, hər şey əvvəldən hazırlanmışdı.

Bu sözlərlə prezidentin planı qəbul etdiyi məlum oldu.

Beynəlxalq hüquqda kiberhücum hərbi müdaxilə kimi qiymətləndirilir.

Ancaq qarşılılıq (retorsiya) prinsipi (Hücuma məruz qalanın əks-hücum hüququ) kiber əməliyyatı leqallaşdırır.

Kağızda da məsələ bu cür qoyulmuşdu.

Kiber əməliyyatı Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), Milli Kəşfiyyat Agentliyi (NSA) və ABŞ Ordusunun Kibernetika Komandanlığı həyata keçirəcəyi bildirilir.
Dünyada adı kiberhücumlarla yanaşı çəkilən üç ölkə var və nə işdirsə hər üç ölkənin də ABŞ-la münasibətləri gərgindir: Rusiya, Çin, İran.

Ancaq "Google", "Facebook", "Youtube", "Twitter" kimi sosial media tiranları ABŞ şirkətləridir.

Dünyadakı bütün smart telefonlar (ABŞ-ın kənarlaşdırdığı Huavey istisna olmaqla) ABŞ şirkətlərinin istehsalı olan "Android" ya da "İOS" əməliyyat sistemindən istifadə edir.

ABŞ dövlət orqanlarına bu şəbəkələrdən nəfəslik açıldığı şübhə doğurmur.

Və bu ölkənin kibertəhlükəsizlik üçün ayırdığı büdcə sadəcə olaraq heyrət doğurur: 19 milyard dollar!

Kiberhücumlarda başqa ölkələrin adının hallanması da ABŞ-ın uğurudur, necə deyərlər, tutulmayan oğru deyil.

Və arxasında ABŞ-ın durduğu şübhə doğurmayan "Stuksnet" hadisəsini xatırlayaq…

Almaniya istehsalı olan cihaz fabrikin beyni idi, elektrik, su, təzyiq kimi prosesi nizamlayırdı.

Virus da bu cihazın proqramı üçün yazılmışdı.

Belə ki, uranın bölünməsi üçün sentrifuqa (sürətlə dönən cihaz) müəyyən bir dövrilikdə fırlanmalı idi.

Ancaq fırlanmanı təmin edən motorların sürətinə müdaxilə edilirdi.

Yəni, lazımı sürətdən aşağı ya da yuxarı sürət komandası verilir, lazımi səviyyədə saxlanılmırdı.

Virus ikinci mərhələdə isə motorlara verilən elektrik enerjisini artırıb azaldırdı.

Cihazın ekranında bu dəyişiklikləri görmək mümkün deyildi.

"Stuknets"in sayəsində İranın nüvə proqramı yubadıldı.

Ləngiməyə görə nəinki ABŞ ittiham edilmişdi, hətta kiber müdaxilədən heç kim xəbərdar olmamışdı.

Hadisədən bir il sonra avropalı mühəndislər bu virusun varlığını üzə çıxartdılar.

Onların diqqətini virusun son dərəcə mürəkkəb və bənzərsiz olması cəlb etmişdi.

Bir sözlə, bəlkə də başqa bir "Stuksnet" çoxdan öz işini davam etdirir.

Hər kəsin ekspansiyaya şübhə ilə yanaşdığı günlərdə ABŞ rəsmilərinin əminliklə müharibə olacağı barədə bəyanatları da bəlkə də virusun əməlidir və kiberhücum çoxdan başlayıbdır./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1573   Tarix: 25 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"

"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzində Siz

8 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

8 noyabr
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

8 noyabr