Putin UEFA-nı hədələdi: "Final başqa ölkəyə verilsə..."
Çempionlar Liqasının (ÇL) final oyununun Rusiyadan alınması UEFA-ya baha başa gələ bilər.
Sonxeber.az Fanat.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin qitə futbol qurumunun rəhbəri Aleksander Çeferini hədələyib.
O bildirib ki, mayda Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ÇL-in final matçını başqa ölkəyə verəcəyi təqdirdə "Qazprom" şirkəti UEFA-nın sponsorluğundan imtina edəcək. Bu da qurumun mövsümdə 40 milyon avroluq gəlirdən məhrum olması deməkdir. Turnirin baş sponsoru eyni zamanda mayın 28-dəki final görüşünün keçiriləcəyi stadionun sahibidir.
Qeyd edək ki, bu gün UEFA İcraiyyə Komitəsinin iclası olacaq. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən Çempionlar Liqasının final matçı başqa ölkəyə verilə bilər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2859 Tarix: 25 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
8 noyabrPrezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
8 noyabrƏrdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
8 noyabr