Əvəz Hafizlini qətlə yetirən şəxs HƏBS EDİLDİ
Bakıda bloqeri qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
APA xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib. Ə.Güləliyev barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu (Hafizli) bıçaqla qətlə yetirib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ə. Şıxməmmədov bloqer olub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2474 Tarix: 25 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabrŞagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi
Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl
29 sentyabrRamiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
15 oktyabrPlastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs
13 oktyabrArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabrQətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
Bakıda Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab Hava" restoranında qətlə yetirilən "Ceyhun Sabunçu" ləqəbli şəxsin kimliyi bilinib. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatdan aydın olur. Bildirilib ki, qətlə yetirilən şəxs 1983-cü i
27 oktyabrQubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü
Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi
29 sentyabr