Rusiya daha bir ölkə üçün hava məkanını bağladı
Rusiya cavab tədbiri olaraq İsveçrə üçün hava məkanını bağlayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") məlumat yayıb.
Qeyd edək ki, ötən gün Rusiya hava məkanını 36 dövlətin aviaşirkətləri üçün bağlamışdı. Bildirilir ki, bu qərar bir neçə ölkənin öz hava məkanını Rusiya şirkətlərinin təyyarələrinə bağlamasına görə cavab tədbiri olaraq verilib.
Sözügedən məhdudiyyət Avstriya, Albaniya, İngiltərə, Belçika, Bolqarıstan, Britaniyanın Vircin adaları, Böyük Britaniya, Macarıstan, Almaniya, Cəbəllütariq, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Fransa və s. ölkələrin aviadaşıyıcılarına şamil olunub.
Qeyd edək ki, Avropa İttifaqı fevralın 28-i Rusiya təyyarələrinə öz ərazisinə enməyə, ərazisindən havaya qalxmağa və yaxud üzərindən uçmağa qadağa qoyub. Bundan əvvəl isə Norveç, Fransa, İtaliya, Niderland, Almaniya, Danimarka, Avstriya, İrlandiya, İsveç, Belçika, Portuqaliya, Kipr, Çexiya, Litva, Kanada, İslandiya və s. ölkələr öz hava məkanını Rusiya şirkətlərinin təyyarələri üçün bağlayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR