Medvedev fransalı naziri müharibə ilə hədələdi: "Sözünüzə fikir verin!"
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Maliyyə Nazirliyinin nümayəndəsini "sözünə fikir verməyə" çağırıb və "total maliyyə müharibəsi" ilə bağlı bəyanatlardan sonra real müharibə təhlükəsini xatırladıb.
"Bu gün hansısa fransalı nazir dedi ki, bizə iqtisadi müharibə elan ediblər. Sözünüzə fikir verin, cənablar! Və unutmayın ki, bəşəriyyət tarixində iqtisadi müharibələr çox vaxt real müharibələrə çevrilib", - deyə Medvedev "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, Fransa Maliyyə Nazirliyinin rəhbəri Bruno Le Mer "Rusiyaya qarşı qlobal iqtisadi və maliyyə müharibəsi aparmağa" hazır olduğunu bəyan edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov onun sözlərini "yüksək konsentrasiyalı" təhlükə adlandırıb./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2440 Tarix: 01 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
8 noyabrÖlkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə
8 noyabrİlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
9 noyabr