Deputat: "Qanun icazə verərsə, ön cəbhədə döyüşərəm, hətta kəşfiyyatda xidmət göstərə bilərəm"
""Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunun 22-ci maddəsi deputatın hərbi çağırışından və hərbi toplanışlardan azad olunması ilə bağlıdır. Yəni, deputat səlahiyyəti müddətində hərbi çağırış və toplanışlardan azad olunur. Həmin vaxt deputat öz səlahiyyətləri həyata keçirməlidir. Misal üçün, ölkədə hərbi vəziyyətin elan edilməsi həm də deputatlardan asılıdır, çünki parlament tərəfindən təsdiqlənir. Ona görə də deputatların müharibə dövründə öz səlahiyyətlərini icra etməsi - fövqəladə qanunların, təxirəsalınmaz aktların qəbulunu vaxtında tənzimlənməsi daha faydalıdır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, müharibənin gedişində deputatların, o cümlədən parlamentin kadrlarının iş başında olması vacibdir: "Təbii ki, müharibədə döyüşməyin mənəvi tərəfi də var. Biz bir neçə həmkarımızla Vətən müharibəsi dövründə bunu müzakirə etdik. İdmançı olmuşam, hətta Birinci Qarabağ müharibəsi zamanı döyüşçülərin hazırlanmasında iştirak etmişəm. Yəni, müharibədə döyüşmək üçün hazır idim. Təbii ki, Vətəni qorumaq, suverenliyimizi müdafiə etmək hər birimizin borcudur. Lakin müharibədə hər kəsin məhz öz vəzifəsini layiqincə yerinə yetirməsi də zəruridir. Bu, qanundur və hər kəs qanun qarşısında bərabərdir. Əlbəttə ki, deputatların da mütləq əksəriyyəti vətənpərvərdir, onlar Vətəni sevir, hətta Vətənlə nəfəs alırlar. Mənim də döyüşmək üçün heç bir problemim yoxdur. Əgər qanun icazə verərsə, mən ön cəbhədə döyüşərəm, hətta məşğul olduğum idman növü imkan verir ki, kəşfiyyatda xidmət göstərim. Sadəcə olaraq, belə məsələlər qanunla tənzimlənir. Biz Vətənə, dövlətə, millətə bağlıyıq. Dövlətin inkişafı naminə hər kəs öz statusu üzrə çalışıb, vuruşub Vətənə olan borcunu qaytarmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1628 Tarix: 02 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr