"Media könüllüləri" Proqramına yenidən qeydiyyat başladı
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə "Media könüllüləri" Proqramına yenidən qeydiyyat elan edir.
Sonxeber.az xəbər verir ki, proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.
Media sahəsində MEDİA könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər https://media.gov.az/volunteer linkinə daxil olaraq qeydiyyatdan keçməlidir.
"MEDİA könüllüləri" Proqramı 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi 2 apreldir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA