Azərbaycan cüdoçusunun Ukraynadakı evini vurublar: "Pəncərələr sınıb, oranı tərk etmişik"
"Biz İrpen şəhərində yaşadığımız binanın birinci mərtəbəsində qalırdıq. Məhz həmin evi vurublar".
Bunu Oxu.Az-a Azərbaycan cüdoçusu İrina Kindzerskayanın həyat yoldaşı Həmid Əliyev deyib.
O, İrina Kindzerskaya ilə birgə yaşadığı Kiyev vilayətinin Buça rayonunda yerləşən İrpen şəhəri atəşə tutularkən evlərinin zərər gördüyünü bildirib. Həmid Əliyevin sözlərinə görə, hazırda evlərini tərk ediblər:
"Binamızın qaz borusunu vurublar. Partlayış olub. Bizim ev zərər görüb. Pəncərələr sınıb. Amma şükür Allaha, özümüz sağıq, həmin vaxt evdə olmamışıq. Mənzilin açarını qonşulara vermişik. Nəsə olsa, bizə deyəcəklər. Hazırda yoldayıq. İrina da özünü pis hiss edir. Mənəvi cəhətdən onu sakitləşdirməyə çalışıram".
O bildirib ki, qalmaq üçün ev problemləri olmayacaq: "İrinanın doğulduğu Xmelnitski vilayətinin Dunayevtsı şəhərinə gedirik. Komendant saatına görə birbaşa ora gedib çata bilməmişik. Dünən gecəni Jitomir vilayətinin bir kəndində keçirmişik. Ukraynalılar bizə yeyib-içmək, qalmağa yer verdilər. Bir qəpik də almadan maşının çənini benzinlə doldurdular".
Həmid Əliyev yaşadıqları İrpen şəhərində başqa obyektlərin də ciddi zərər gördüyünü bildirib:
"Mənim məşq keçdiyim cüdo zalının 40 metr aralığında yerləşən binanın beşinci mərtəbəsini də vurublar. Bizim bina ilə üzbəüz yolda yerləşən binaya da raket atıblar. Həmçinin yaxınlıqdan atışma səsləri gəlirdi".
Qeyd edək ki, cütlüyün Bakıda evi yoxdur.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2502 Tarix: 04 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31 oktyabr"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 500 tamaşaçı izləyib. Bu, turnirin indiki formatda keçirildiy
30 oktyabr"Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
4 noyabrAzərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığ
1 noyabrAzərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Bu barədə -a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Xatırlada
4 noyabr"Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
4 noyabrUEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da star
4 noyabrDuranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqdan sonr
7 noyabr