"Hərbçilərin sənədlərini alın, meyitləri gecə daşıyın, mümkün olmayanda orada yandırın..." - ƏMR

"Hərbçilərin sənədlərini alın, meyitləri gecə daşıyın, mümkün olmayanda orada yandırın..." - ƏMRRusiyanın başlatdığı genişmiqyaslı hərbi müdaxilənin 11-ci günündə Ukraynada humanitar fəlakət yaşanır. Mühasirəyə alınmış Mariupol şəhərində dinc sakinlər arasında ölənlərin və yaralananların sayı-hesabı yoxdur. Minlərlə sakinin yaralı olduğu və tibbi yardım almaq imkanı olmadığı bildirilir. Ötən gün şəhərdən əhalinin təxliyyəsi üçün humanitar dəhlizin açılması barədə razılıq olsa da bu baş tutmayıb.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, günlərdir aviazərbələrin və artilleriya zərbələrinin hədəfi olan Xarkovda da humanitar böhran yaşanmaqdadır. Ötən gecə Rusiya aviasiyası şəhərdə çoxmərtəbəli yaşayış binasına bomba zərbəsi endirib, nəticədə binada yanğın başlayıb. Ölənlər barədə məlumat yoxdur.

Rusiya ordusunun itkiləri də hər gün artmaqdadır. Dünənə olan məlumata görə Rusiya ordusunun canlı qüvvə sarıdan itkiləri 10 min nəfəri keçmişdi, minlərlə texnika məhv edilmişdi.

İtkilərin bu cür kəskin artması Rusiya Müdafiə Nazirliyini ölən hərbçilərin meyitləri ilə bağlı xüsusi təlimat verməyə məcbur edib. Ukrayna Silahlı Qüvvələrinin Şimal əməliyyat komandanlığı Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko tərəfindən imzalanmış xidməti təlimatı əldə edib və yayıb. Orada deyilir ki, martın 1-dən etibarən Ukraynada əməliyyatlara cəlb olunmuş hərbçilərdən şəxsiyyətlərini təsdiq edən bütün sənədlər alınmalıdır. Habelə Ukraynadan meyitlərin təxliyyəsinə dair tədbirlər görmək əmr edilir. Təlimatda bildirilir ki, meyitlərin daimi dislokasiya yerlərinə gizli daşınması təmin edilməlidir və onların qardaş məzarlıqlarında dəfni xüsusi nömrələr verilməklə həyata keçirilməlidir. Əgər meyitlərin təxliyyəsi mümkün deyilsə onları yerində məhv etmək əmr olunur.

Bu əmrin həqiqliyini təsdiq edən həm də odur ki, Ukrayna ordusu tərəfindən martın 4-də Kiyev ətrafındakı Hostomel şəhərindəki döyüşlərdə öldürülən çoxsaylı Rusiya hərbçilərinin üzərində heç bir sənəd və jeton olmayıb. Onların bəzilərinin üzərindən ancaq vaksinasiyaya dair sertifikat və doldurulmamış tibbi kitabçalar tapılıb.

Ötən gün isə Kiyev ətrafındakı İrpen şəhəri istiqamətində Rusiya ordusunun daha bir kalonu darmadağın edilib. Uzunluğu az qala 2 kilometrə çatan kalona Ukrayna ordusunun havadan zərbə endirdiyi bildirilir. Ukayna Ali Radasının deputatı Viktoriya Syumar bu haqda bildirib, məlumatın yoxlanıldığını və dəqiq olduğunu deyib.

"İrpendən Stoyankaya gedən Rusiya hərbi texnika kalonu Ukrayna Silahlı Qüvvələri tərəfindən havadan darmadağın edilib. Kalondakıların hamısı məhv edilib, onlardan cəmi biri sağ ələ keçirilib",-deputat Facebook-da yazıb.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1304   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel
.

İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri

2 iyun
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel
.

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar. Məlumatı Ermənistan mətbuatı yayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənista

13 fevral
.

Ermənilərin döyüş postu darmadağın edilib - RƏSMİ

Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Bununla bağlı DSX məlumat yayıb

13 fevral
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel
.

KİV: Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) təşkil edib. "Report" xəbər verir ki, bunu "Hromadske"yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Həmsöhbətin sözlərinə görə, "artıq uğurlu hücum haqqında danışma

17 mart
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel