Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarındakı iki məqam – ŞƏRH

Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarındakı iki məqam – ŞƏRHErmənistan 10 noyabr bəyanatının (əsasən da 4-cü bəndin) üzərinə qoyduğu öhdəliklərin icrasından boyun qaçırmaq üçün dəridən-qabıqdan çıxır.

Hazırda Ermənistanda Nikol Paşinyan hökuməti ağılla işğalçılıq ehtirasından irəli gələn revanşist hisslər arasında seçim edə bilmir, strateji nəticə əldə etmək üçün əqlə müraciət edilsə də, gen yaddaşı fərqli davranış sərgilənməsinə gətirib çıxarır.

Ermənistanın indiki siyasətinin mayasında bu dayanır: Alınarsa, öhdəlikdən boyum qaçırım, alınmasa da, şərtləri qəbul edim.

Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiriyildiyi Azərbaycanın bəzi ərazilərindəki erməni təxribatlarının xeyir-duası da Ermənistandan gəlir. Daha doğrusu, həm Rusiyadan, həm də Ermənistandan. Yoxsa Rusiya Müdafiə Nazirliyi Ukraynaya göndərilən humanitar yardım kontekstində "Dağlıq Qarabağ" ifadəsinə niyə müraciət edirdi?

Görünür ki, Rusiya öz sülhməramlılarının dislokasiya müddətini uzatmaq üçün əsaslar yaratmağa meyilliyini aşkar şəkildə göstərir, ancaq faydası yoxdur – Bakı qətiyyətlidir.

Ərazi bütövlüyünün tam şəkildə bərpa olunması Bakının prinsipial xəttidir və bu xəttə hər hansı gərginlik yükləmək cəhdləri faydasızdır.

Artıq 10 noyabr bəyanatının 1 il 6 ayında Azərbaycan ordusu Şuşadan üzü Xankəndi istiqamətinə tuşlanan səsgücləndiricilərlə himn səsləndirir, azan səsi verir, "Koroğlu" uvertürasını Xankəndi səmasına ötürür.

Bu təmayüllər Bakının diplomatik savaşının bir elementidir, sülhə gətirmək üçün psixoloji metodlardır, eyni zamanda özündə çoxlu sayda hərbi xəbərdarlıq mənalarını da daşıyır.

Ermənilər isə dərs çıxarmaq əvəzinə sülhməramlıların yerləşdiyi zonalardan Azərbaycan ordusuna atəş açırlar.

Artıq təxribatların coğrafiyası da genişlənir, məsələn, Goranboy istiqaməti, Gülüstan istiqamətindəki mövqelərimiz atəşə tutulur.

Olsun, erməni separatçı ünsürlərdən başqa şey gözləmək də olmaz. Azərbaycanın strateji səbrini sınağa çəkmək elə onların özünə baha başa gələcək.

Azərbaycan Müdafiə Nazirliyinin eyni gündə yaydığı iki məlumatda da mahiyyətinə görə xəbərdarlıq zəngin idi.

Birinci xəbərdarlıq Rusiyaya idi, yəni, Moskva "Dağlıq Qarabağ"ın ətəyindən qopmasa, sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca vəziyyət gərginləşəcək. Bu o deməkdir ki, Azərbaycan özünün suverenliyinə təhdid yaradacaq elementlərin zərərsizləşdirilməsi üçün hərbi əməliyyatlara başlayacaq və separatçılar məhv edəcək.

İkinci məlumatdakı xəbərdarlıq isə birbaşa Ermənistana ünvanlanmışdı, müdafiə naziri Zakir Həsənov keçirdiyi xidməti müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədində və sülhməramlıların müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi tapşırığını verib.

Azərbaycan ordusu postmüharibə dövrünün çağırışlarına uyğun olaraq qurur, komando birlikləri yaradır və Türkiyə modelinə keçidi sürətləndirir.

Bu erməni terrorçuları nəyə güvənir-güvənsin, amma Azərbaycan ordusu onların güvəndiyi dağlara da qar yağdırmağa qadirdir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3728   Tarix: 08 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

9 noyabr
.

"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov

"Qarşıdakı illərdə Qarabağda tam yekunlaşacaq olan quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcəkdir. Cənab Prezident İlham Əliyev demişdi ki, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik və artıq Qarabağ öz gözəliyi ilə görənləri heyran edir. İşğaldan azad edilmiş ərazilərd

8 noyabr
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

8 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB+Foto/Video

Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlha

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

8 noyabr