Ukraynada həlak olan azərbaycanlı tankçının MEYİTİ TAPILMAYIB
"Ukraynada həlak olan tankçı Mərahim Məmmədzadənin meyiti hələ tapılmayıb".
Bunu Lent.az-a açıqlamasında Lənkəran şəhər Nüvədi kənd Bələdiyyəsinin sədri Paşa Məmmədov bildirib.
"Mərahim Məmmədzadə 1996-cı ildə Lənkəran şəhərinin Nüvədi kəndində anadan olub. Uşaqlıqdan Rusiyada yaşayıb. O, Buryatiya Dövlət Universitetini bitirib.
Atası Elçin Məmmədzadə və Anası Gülmirə Bağırova boşanıblar. Hazırda atası kənddə yaşayır və ruhi xəstədir. Anası isə Lənkəranda qalır. İki bacısı var. Bacılarından biri 28 yaşlı Məmmədzadə Şəhanə evlidir, digər bacısı 19 yaşlı Məmmədzadə Məleykə isə Bakıda təhsil alır".
Onun sözlərinə görə, Məmmədzadə Mərahimin əvvəlcə yaralanma xəbəri gəlib:
"Mərahimin bizə birinci yaralanma xəbəri gəldi. Sonra isə ölüm. Bizə oradan gələn məlumata görə, hələ heç onun meyiti də tapılmayıb".
Qeyd edək ki, Mərahim Elçin oğlu Məmmədazadənin Ukraynada həlak olması ilə bağlı xəbər vermişdik.
M.Məmmədzadə Rusiya vətəndaşı olub və hərbi xidmətini də Rusiya ordusunda edib. Daha sonra isə müqavilə əsasında orduda tankçı kimi fəaliyyət göstərib. O, T-72B3 tankının komandiri olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1792 Tarix: 10 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı
Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl
22 sentyabrSosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabr