Qaçırılan ukraynalı deputat Leyla İbrahimova azad edildi - YENİLƏNİB + FOTO
Rusiya hərbçiləri martın 10-da səhər saatlarında qaçırılan Ukraynanın Zaporojye vilayət şurasının deputatı Leyla İbrahimovanı azad ediblər.
Bu barədə Ukraynanın sabiq prezidenti Petro Poroşenko xəbər verib:
"Leyla Melitopolda müqavimətin simvoludur. Məhz bu cəsarətli qadın hər gün insanları toplayaraq ukraynayönümlü mitinqlərə çıxanlar arasında idi. Onlar Rusiya əsgərlərinə göstərdilər ki, Melitopol Ukraynanındır".
"Leyla artıq evindədir, lakin onunla əlaqə yoxdur", - deyə o əlavə edib.\Oxu.az
13:25
Ukraynanın Zaporojye vilayət şurasının deputatı Leyla İbrahimova evindən qaçırılaraq, naməlum istiqamətə aparılıb.
Bu barədə Krım Tatar Milli Məclisinin deputatı Eskender Bariyev bildirib.
"Bu gün Melitopolda səhər saat 6-da Rusiya ordusuna məxsus hərbi geyimdə olan silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə girərək axtarış aparıblar, telefonlarını müsadirə ediblər. Leyla İbrahimovanın özü naməlum istiqamətdə aparılıb", - deyə deputat bildirib.
L.İbrahimovanın qohumları və partiyadaşları məlumatı təsdiqləyiblər./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO