15 yaşlı qızın hamilə qalmasına göz yuman məmuru hansı cəza gözləyir? - AÇIQLAMA
Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bugünki mövzu cinayətlə bağlı xəbərdar olan aidiyyatı dövlət qurumlarının lazımi tədbir görməməsi ilə bağlıdır.
Xəbər verdiyimiz kimi Gəncədə adı hələlik açıqlanmayan 70 yaşlı kişi 15 yaşlı yeniyetməni hamilə qoyub. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu barədə sosial şəbəkə hesabında bildirib ki, hadisə ilə bağlı hələ yanvar ayında cavabdeh dövlət qurumuna məlumat verilib. Onun iddiasına görə. ancaq məsələ ilə bağlı yalnız ötən gün, mediada məlumatlar yayılandan sonra tədbir görülməyə başlanılıb.
Bəs görək, bu kimi pozuntulara yol verən aidiyyatı dövlət qurumu əməkdaşlarını hansı cəza gözləyir?
"Norma" hüquq mərkəzinin rəhbəri Şamil Paşayev Lent.az-a bildirib ki, ağır və xüsusilə ağır cinayətlər barədə məlumatı olub lazımi tədbir görməyən dövlət qurumu əməkdaşı azadlıqdan məhrum edilə bilər:
Şamil Paşayev
"Bu kimi hallarla bağlı Cinayət Məcəlləsinin 307-ci maddəsində əks olunub. Həmin maddəyə əsasən, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməyən şəxs 2 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin ağır və xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmə də cinayət məsuliyyətinə səbəb olur. Dövlət orqanının bu kimi hallarda ilk işi dərhal prokurorluğa məlumat vermələri olmalı idi. Belə cinayətlər haqqında xəbər verməyən dövlət qulluqçuları barəsində qanunvericiliyə uyğun olaraq, məsuliyyət tədbirlərinin görülməsi mümkündür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1758 Tarix: 11 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAzərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr