Azərbaycanda yeni radio fəaliyyətə başladı
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilb.
Şuradan AZXEBER.COM bildirilib ki, iclasda bir sıra məsələlər müzakirə olunub.
İlk məsələ olaraq ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib: "Xəzər TV" MMC (radio kanalın adı: Xəzər Xəbər Radio); "Real Təhlil İnformasiya Mərkəzi" MMC (radio kanalın adı: Real FM); "İNS ÇM" MMC; (radio kanalın adı: İNS ÇM Radio); "İsti Press" MMC (radio kanalın adı: İsti Press Radio); "ProMediaGroup" MMC (radio kanalın adı: Sport Radio); "Balans Studiyası" MMC (radio kanalın adı: Balans Studiyası). Əvvəlcə müsabiqə komissiyasının iddiaçıların təqdim etdiyi sənədlər və onların yerinə baxışla bağlı yekun məruzəsi dinlənilib.
Geniş müzakirələrdən sonra texniki imkanların mövcudluğu, yayım konsepsiyasının uyğunluğu və peşəkar kadrların olması cəhətdən digər iddiaçılarla müqayisədə daha üstün potensiala malik olan "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("Real FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.
Gündəlikdə duran ikinci məsələ "Radio TMB" kanalı üçün regionlarda yeni tezliklərin ayrılması olmuşdur. Bununla bağlı Şura aparatının texniki mütəxəssislərinin rəyi dinlənilib.
Daha sonra "Radio Qrup" MMC-nin müraciəti və texniki mütəxəssislərin rəyi əsasıında "Radio TMB" ümumölkə radio kanalının yayımı üçün Ağstafa rayonu ərazisində yerləşən "Poylu" Radio-Televiziya Yayım Stansiyasından 94.1 MHs radiotezliyi və Şəki rayonu ərazisində yerləşən "Təpəcənnət" Radio-Televiziya Yayım Stansiyasından 94.9 MHs radiotezliyi "Radio Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında qərar qəbul olunub.
Bundan sonra, texniki cəhətdən mövcud tezlikdə yayımın aparılmasının qeyri-mümkünlüyü və texniki mütəxəssislərin rəyini nəzərə alaraq "İctimai Radio" ümumölkə radio kanalının yayımı üçün Milli Televiziya və Radio Şurasının 2020-ci il 29 dekabr tarixli 13/2 nömrəli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin istifadəsinə Şuşa rayonu ərazisində yerləşən "Şuşa" Radio-Televiziya Yayım Stansiyasından ayrılmış 90.7 MHs radiotezliyi 88.7 MHs radiotezliyinə dəyişdirilməsi haqqında qərar qəbul olunub.
İclasda, həmçinin, televiziya kanallarının efirində yayımlanan reklam çarxları müzakirə olunub. Bir sıra kanalların efirində yayımlanan bir reklam çarxı ilə bağlı narahatlıqlar dinlənilmiş və yayımçılara bununla bağlı müraciət qəbul olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO