Zelenski: "Rusiyalı hərbçilər artıq tək-tək deyil, qrup halında əsir düşürlər"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun onun ölkəsinə müdaxiləsindən sonra itirdiklərinin dünyanın bir çox ordusunun ümumi gücünə bərabər olduğunu deyib.
"Rusiya Ukraynada inanılmaz sürətlə böyük itkilər yaşayır: müharibənin 17 günü ərzində onun 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirib, 360-dan çox tankı, 1205 zirehli avtomobili, təxminən 60 təyyarəsi və 80 helikopteri məhv edilib", - deyə Zelenski videomüraciətində qeyd edib.
Ukrayna Prezidentinin sözlərinə görə, itkilərin dinamikası Rusiya ordusunun son illər ərzində ən böyük zərbə aldığını deməyə əsas verir: "Bu qədər müddət ərzində onlar heç yerdə bu həcmdə itki verməmişdilər".
"Dünyanın bir çox ölkəsinin ordusunda Rusiyanın Ukraynaya müdaxiləsindən sonra itirdiyi qədər qüvvə heç yoxdur", - Zelenski deyib.
O, həmçinin bildirib ki, rusiyalı hərbçilər artıq tək-tək deyil, qrup halında əsir düşürlər. Həmçinin rusiyalı əsgərlərin qrup şəklində Ukrayna ərazisini tərk edərək Rusiyaya qaçmağa cəhd etdiklərini də diqqətə çatdırıb.
Ukrayna lideri vurğulayıb ki, ölkəsinin ordusu fövqəladə uğurlar əldə etsə də, "müqavimətin enerjisini" azaltmaq olmaz və müdafiəni birlikdə qurmaq lazımdır.
"Bu, Vətən, xalq müharibəsidir, müstəqillik uğrunda müharibədir, tək dövlətin deyil, Ukraynanın müharibəsidir", - Zelenski əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1591 Tarix: 12 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət
Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını
20 iyulİzmirdə 39 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin sahillərində keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumat
19 iyulOkeanın dibinsə milyardlarla qiymətli "kartof": Qeyri-adi daşlar nədir?
Sakit okeanının dibində, Havay adaları ilə Meksika arasında yerləşən ərazidə kobalt, nikel, mis və manqanla zəngin nəhəng polimetallik konkresiya yataqları aşkar edilib. Qaynarinfo "Antena 3"ə istinadən xəbər verir ki, bu metallar elektromobillərin, batareyaların, külək turbinlərinin, günə
20 iyulDünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?
Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr
21 iyulYaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi
ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli
19 iyul