Nazirlik Ukraynadan Azərbaycana gətirilən şagirdlərin tədrisə cəlb olunmasına aydınlıq gətirib
Təhsil Nazirliyi Ukraynadan Azərbaycana gətirilən şagirdlərin tədrisə cəlb olunmasına aydınlıq gətirib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, xarici ölkələrdən gələn şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nın 4.4-cü bəndinin tələbləri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə (www.sy.edu.az) həyata keçirilir.
Qeyd olunub ki, övladlarının yerdəyişməsini təmin etmək üçün xarici ölkədən köçüb gələn valideyn və ya qanuni nümayəndə ilk növbədə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanına və ya ümumi təhsil müəssisəsinə müraciət etməlidir: "Yerli təhsili idarəetmə orqanı tərəfindən təqdim olunan sənədlər əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirilir. Şagirdin təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda isə I-XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır və təhsil alacağı sinfi müəyyənləşdirilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 954 Tarix: 14 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabr