Bağçalarda tərbiyəçilər hansı meyarlara əsasən seçilir? - AÇIQLAMA
Məktəbdə, eləcə də uşaq bağçasında tərbiyə və təlim işinin bütün müvəffəqiyyət və nöqsanları müəllim-tərbiyəçi işinin nəticəsi kimi qiymətləndirilir. Buna görə də müəllim-tərbiyəçi tərbiyə və təlim işində başlıca simadır.
Bəs əsl müəllim və tərbiyəçi necə olmalıdır?
Sonxeber.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov Trend-ə açıqlaması zamanı bildirib ki, müəllim və uşaq bağçası tərbiyəçilərinə bəzən elə tələblər tətbiq edilir ki, bunlar aparıcı tələblərdir. Bu tələblərə konstruktiv, kommunikativ, qnostik və təşkilatçılıq bacarığı daxildir.
"Konstruktiv tələblərə təlim-tərbiyə materialını qarşıya qoyulmuş məqsədin tələblərinə uyğun seçə bilmək, sistemləşdirmək, məktəbdə şagirdlərin, uşaq bağçasında uşaqların imkanlarına uyğunlaşdırmaq, şagird və ya uşaq tərəfindən yol verilə biləcək səhvləri, uşağın müəyyən situasiyada özünü necə aparacağını əvvəlcədən görə bilmək bacarığı, maddi bazanı möhkəmləndirmək bacarığı və s. aiddir", - K.Əsədov deyib.
Onun sözlərinə görə, təlim-tərbiyəçi şagirdlərin (uşaqların) qəlbinə yol tapa bilmək, özünü onlara sevdirmək, şagirdlər (uşaqlar) arasında düzgün münasibətləri tənzim edə bilmə, valideyn və ictimaiyyətlə ümumi dil tapa bilmə, pedaqoji mərifətə malik olmaq, yeri gələndə gülməyi, hirslənməyi bacarmaq, ağır vəziyyətə düşdükdə ani müddətdə düşünüb düzgün tərbiyə yolu seçmək kimi meyarlara sahib olmalıdır.
Amerikadakı 5 yaşdan kiçik uşaqların bir çoxuna – tam olaraq 61%-nə uşaq qayğı mərkəzlərində və bağçalarda baxılır. Uşaqların böyük qismi həftədə 40-50 saatı burada keçirirlər. Bu səbəblə əsl "düşüncəsizlik" uşaqlarla bu qədər çox vaxt keçirən insanlardan məktəbəqədər təhsil elminə hakim olmaqlarını və keyfiyyətli təhsil icrasını siniflərinə ötürməyi gözləməmək olar.
Ekspert həmçinin qeyd edib ki, öz üzərində işləyən müəllim və tərbiyəçi pedaqoji işdə, eləcə də ictimai həyatda çox fəal rol oynayır.
"Beləliklə, uşaq bağçası tərbiyəçisi uşağın fiziki və psixi sağlamlığını, hər bir uşağın yaşını və fərdi xüsusiyyətlərini nəzərə alaraq emosional və hərtərəfli inkişafı, təlim və tərbiyəsinin səmərəliliyini optimal şəkildə həyata keçirmək üçün məsuliyyət daşıyır", - deyə o vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar