Qəbir üstünə səməni, paxlava aparmaq İslamda bəyənilir? - AÇIQLAMA
İllərdir ki, bayramlarda, xüsusən də Novruz bayramında, dünyadan köçən doğmalarının qəbrini ziyarətə gedənlər özləri ilə səməni, şirniyyat aparıb, qəbir daşının üstünə qoyurlar. Bu, artıq bir növ adətə çevrilib. Bəs İslam dininin bu məsələyə münasibəti necədir?
Mövzu ilə bağlı Sonxeber.az-a Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev açıqlama verib.
O bildirib ki, dində belə əməllər məsləhət görülmür:
"İnsanlar arasında "qara bayram" anlayışı da var. Belə ki, bayram ərəfəsində rəhmətə gedən ailə üzvlərini yad etmək üçün qohumlar toplaşaraq qəbir üstünə gedirlər. Bəziləri bu zaman bayram üçün bişirdiklərindən özləri ilə aparırlar.
Yeməklər, bayram süfrəsinə bişirilən şirniyyatlar evdə yemək üçündür. Onların qəbir üstünə aparılması, ora qoyulması, bəzədilməsi dinimizdə bəyənilmir. Bəzi insanlar bunu etsələr də, bu, yalnışdır, etməsinlər.
Niyə axı səmənini məzar daşının üstünə qoymalıdırlar?! Yaxşı, başa düşdüm, otdur və quşlar yeyəcək. Amma şəkərburanı, paxlavanı heyvanlar üçün bişirmirlər axı! Bunu insanlar üçün bişirirlər.
Buna baxmayaraq, hələ də bəzi insanlar var ki, ifrat adətlər ağıllarında qalıb və onları davam etdirirlər.
Bəziləri deyə bilərlər ki, burada məqsəd qəbir üstünə qoymaq deyil, ora gələn insanlara ehsan olaraq paylamaqdır. Halbuki əslində bu ehsan ora gələn qohumlara yox, imkansızlara paylansa, daha gözəl olar.
Bir sözlə, qəbir üstünə bayramlıq sovqatlarının qoyulması dinimizdə yoxdur və bəyənilmir.
İslamda "Ölən şəxsin qəbrinin üstündə çıraq yandırın" deyilir. Lakin bu demək deyil ki, biz ora elektrik cərəyanı çəkməliyik və ya şam yandırmalıyıq. Dinimizə görə, insanlar əməlləri ilə məzarları nurlandırmalıdırlar. Ora gedən zaman dünyadan köçənlərə salavat göndərməklə onların ruhunu yad etmək, Allaha xatir bir ayə, surə oxuyub savabını ölənə hədiyyə etmək gözəldir.
Dünyadan köçən şəxsin ruhunun şad olmasını istəyənlər bunun üçün nə isə bişirirlərsə, həmin şirniyyat və ərzağı süfrəsinə heç nə qoya bilməyən, balaları ac olan, ehtyaclı ailələrə ehsan etmələri böyük savab olardı. Amma onlara bunu "ata-baba"ya xatir yox, bayram təbriki kimi gətirdiklərini desinlər. Kimsəsiz qocalar, xəstələr var ki, gözləri yoldadır. Onları ziyarət etsinlər. Bayramın gözəlliyi paylaşmaqda, bölüşməkdə, bir-birlərini axtrıb yad etməkdədir. Bayram buna deyərlər!
Hz. Əlidən soruşurlar ki, bayram hansı gündür? Deyir ki, insanın günah etmədiyi gün onun bayramıdır".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar