Füzuli Musayevə "Tərəqqi" medalı təqdim olundu - FOTO/VİDEO
Füzuli Musayev "Tərəqqi" medalı ilə mükafatlandırılıb.
Oxu.Az xəbər verir ki, 15 mart 2022-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının iclas zalında Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunlarında uğur qazanan idmançı və məşqçilərin Prezident sərəncamlarına əsasən mükafatlandırılma mərasimi keçirilib.
Təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.
Təltif olunanlar arasında karate idman növündə Azərbaycanın əlbəyaxa döyüş və silahsız özünü müdafiə üzrə ilk SSRİ çempionu və SSRİ idman ustası, iki qat dünya çempionu, Avropa çempionu, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Əməkdar İdman ustası" fəxri adlarının və 8-ci dan qara kəmər sahibi, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının 1-ci vitse-prezidenti və Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdə olub.
Füzuli Musayev Azərbaycan idmanında göstərdiyi peşəkar fəaliyyətinə, idmanın inkişafındakı səy və xidmətlərinə, ölkəmizin idmançılarının karate idmanı üzrə beynəlxalq yarışlarda layiqincə təmsil edilməsinə, özünün yüksək nəticələri və digər nailiyyətlərinə görə ölkə rəhbərliyi tərəfindən dəfələrlə layiqincə qiymətləndirilib. O, Prezidentin 2015-ci ildə "Fəxri diplomu" ilə də təltif edilib.
Füzuli Musayev hal-hazırda Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi kimi əməkdaşların fiziki hazırlığı və peşəkarlığının artırılması, kütləvi idmanın inkişafı, idmançıların yetişdirilməsi sahəsində fəaliyyətini davam etdirir.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar