Bayram öncəsi süni qiymət artımının qarşısı necə alınmalıdır? - İQTİSADÇI
Bilirik ki, hər il bayram öncəsi istər ərzaqların, istərsə də digər məhsulların qiymətlərində artımlar olur. Bəs qiymətlərə nəzarət olunmurmu? Süni artımın qarşısı necə alınmalıdır?
Mövzuyla bağlı Sonxeber-a iqtisadçı ekspert Turab Rzayev açıqlama verib.
O bildirib ki, iqtisadiyyatda xüsusilə istehlak məhsulları satan müəssisələrdə bunun mədəniyyətini formalaşdırmaq lazımdır:
"Burada əsas məsələ odur ki, azad iqtisadiyyat olduğuna görə, biz bütün qiymətlərə qarışa bilmərik. Avropada, Qərb dünyasında Yeni il bayramı ərəfəsində bütün məhsullarda endirimlər olur. İnsanlar 80-90 faizə kimi endirimlərlə məhsullar ala bilirlərş Bundan əlavə, hədiyyəli satışlar da olur.
Bizdə də bu şəkildə olmalıdır, amma təəssüf ki, tam əksi müşahidə olunur. Həm Yeni il, həm Novruz bayramında qiymətlər daha da artırılır. Bu məsələ ilə bağlı iqtisadi subyektlərdə iş aparılmalıdır.
Bir çox ərzaq məhsulları iri idxalçıların, istehlakçıların nəzarətindədir. Əlbəttə, dövlət onlara birbaşa təzyiq göstərib bu cür süni artımın qarşısını ala bilər. Özəlliklə bayram günləri ilə, gömrükdəki məhdudiyyətlərlə, süni qida artımları ilə bağlı onlara xəbərdarlıq edilə, cəza tədbirləri görülə, müəyyən sanksiyalar qoyula bilər. İqtisadiyyat Nazirliyi müəyyən cəzalandırma, maarifləndirmə və ya çəkindirici tədbirlər görə bilər ki, qiymətlər qalxmasın. Bu məsələ xüsusi nəzarət tələb edir".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar