XƏBƏRDARLIQ: Yolu keçərkən CƏRİMƏ oluna bilərsiniz - 20, 40, 50 AZN
Paytaxtın bir çox yerlərində piyada keçidi olsa da, ondan istifadə edənlər azdır. Piyadaların çoxu yolun hərəkət hissəsindən keçməyə üstünlük verir. Beləliklə yolun hərəkət hissəsindən keçən piyadalar həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar. Bəzən isə piyada nəzərdə tutulan "piyada zolağından" keçmək istəsə də, sürücü ya zolağı görmür, ya da səhlənkarlıqla piyadaya yol vermir.
Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Sonxeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmaq lazımdır:
"Əgər infrastrukturda hər hansı bir problem varsa, sürücü günün qaranlıq saatında piyada keçidini görmürsə, deməli, piyada keçidində, işıqlandırmada hansısa bir problem var. Amma heç bir problem olmadığı halda sürücü piyadaya yol vermirsə, bu artıq inzibati xəta tərkiblidir. İşıqforla tənzimlənməyən piyada keçidində piyada mütləq sağına-soluna baxıb əmin olmalıdır ki, piyada keçidinə yaxınlaşa bilər.
Problem ikitərəflidir. Sürücünün piyadaya yol verməməsi ciddi qayda pozuntusudur. Amma piyadalar tərəfindən də qayda pozuntusu çox olur. Piyadaların çoxu nəzərdə tutulmayan yerlərdən keçirlər. Eyni səviyyəli keçiddən istifadə etmir, yerüstü, yeraltı keçidlər olduğu halda məhəccərlərin üzərindən keçirlər. Bu problem sürücü diqqətsizliyi, məsuliyyətsizliyi ilə yanaşı, piyada səhlənkarlığından da irəli gəlir.
Məlumat üçün deyim ki, 10 ilə yaxın dövrdə piyada vurma halları ümumi yol-nəqliyyat hadisələrinin 50 %-dən çoxunu təşkil edir. Həmin qəzalardan görünür ki, sürücü ilə yanaşı, piyada səhlənkarlığı da buna səbəb olur. Hadisələrin böyük əksəriyyəti piyadalar üçün nəzərdə tutulmuş yol infrastrukturunun yaxınlığında baş verir.
Cərimələrə qaldıqda, əgər piyada 60 km-ə qədər hərəkət sürəti olan yollarda qaydanı pozarsa 20 manat, 80 km və daha yüksək olan yollarda isə 40 manat məbləğində cərimə nəzərdə tutulub. Sürücü piyadaya yol vermədiyi halda 50 manat cərimə olunur.
Cərimə və protokolların mahiyyəti ondan ibarətdir ki, həmin hadisədən nəticə çıxarılsın və bir daha təkrarlanmasın. Təəssüf ki, yanaşma tərzi yanlış olur və insanlar məsələdən düzgün nəticə çıxarmadan, yalnız cərimə barədə düşünürlər.
Məsələn, Yaponiyada, Almaniyada heç kim yolda nəzərdə tutulmayan yerdən keçməz. Çünki onların beyninə uşaqlıqdan yeridilib ki, oradan keçsə, ölə bilər.
Qaydalara əməl etməyin özü də bir mədəniyyətdir. Sürücünün piyadaya yol verməməsi, üstəlik "deyinməsiı" də mədəniyyətsilikdir. Sürücü özü də avtomobildən düşəndə elə piyada olur. Piyadalar bəzən əldə telefonla, kiməsə mesaj yazaraq, qulaqcıqlarla, ətrafa baxmadan piyada zolağından keçir və günahı sürücüdə görürlər.
Cəmiyyətdə ən böyük problemlərdən biri məsuliyyətin olmamasıdır. Yol hərəkəti qaydaları kimi sadə məsələlərə qarşı belə, məsuliyyət hissi azdır. "Bilmədim", "görmədim", "tələsirdim" kimi ifadələr insanları məsuliyyətdən azad etmir və onların həyatlarını sığorta etmir. Hər bir vətəndaş - sürücü, sərnişin, piyada, mopedçi - bütün həkət iştirakçıları yol hərəkəti sistemində təhlükəsizlik qaydalarına əməl etməyi bir məsuliyyət hissi kimi başa düşsünlər. Həm özlərinin, həm də ətrafdakıların həyat və sağlamlıqlarının qorunmasına laqeyd olmasınlar.
Hər bir kəs həm qaydalara, həm də özlərinə, ətrafdakılara hörmətlə yanaşmalıdır ki, bədbəxt hadisələrin sayı azalsın".
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar