Rusiyalı məşhur şoumen Ukraynanı dəstəklədiyinə görə problemlərlə üzləşir
Rusiyalı tanınmış şoumen Maksim Qalkin öz mövqeyini səsləndirməkdən çəkinməyən rusiyalı ulduzlardan biridir.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, Yumor ustası Ukraynaya dəstəyinə görə Rusiyada qadağan olunmuş sənətçilər siyahısına salınıb, konsertləri ləğv edilir və onu mükafat və titullardan məhrum etmək istəyirlər.
Həmçinin Qalkinlə reklam müqavilələrini pozmağa da başlayıblar. Bu barədə Rusiya mediasından birinə müsahibəsində ukraynalı sənətçi Andrey Danilko bəhs edib. O, ulduzlarının niyə kütləvi şəkildə Rusiyanı tərk etməyə başladığından danışıb:
"Çünki qorxurlar. Onlar qorxurlar, bəziləri tətil planlaşdırıblar. Maksim Qalkinlə danışdım – onlar planlaşdırıblar, xüsusən də onlarla bütün reklam müqavilələrindən imtina etdikləri üçün. O, ailəsi ilə İsrailə getdi və indiyə qədər xüsusi bir işi yoxdur".
Qalkinin özü də Ukraynanı dəstəkləmək üçün sözlərindən vaz keçmək fikrində deyil. O, izləyicilərinin tənqidinə cavab verir, fikrini bildirir. Maksim Qalkin əslən erməni olan təbliğatçı Marqarita Simonyanın ərini də ələ salıb.
Qeyd edək ki, RU.TV Maksim Qalkin, Alla Puqaçeva Valeri Meladze və digər rusiyalı məşhurlarla əməkdaşlığa Ukraynanı dəstəklədiklərinə görə son oyub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1705 Tarix: 16 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr