Azərbaycanda şəkər və taxılın qiyməti qalxacaq? - AÇIQLAMA + VİDEO
"Yaxın günlərdə ölkəmizdə nə taxılın, nə də şəkərin qiymətində artım gözlənilir".
Bunu "Xəzər Xəbər"ə müsahibəsində iqtisadçı-ekspert Altay İsmayılov deyib.
Bir neçə gün əvvəl Rusiya taxıl və şəkərin ixracına qadağa qoydu. Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində bu qadağanın Azərbaycan bazarına da təsir edəcəyi ilə bağlı müzakirələr aparılır. İqtisadçı-ekspert Altay İsmayılov bildirir ki, Rusiya rəsmilərinin açıqlamalarına görə, bu qadağa Avrasiya İttifaqı ölkələrinə tətbiq ediləcək. Ekspertin sözlərinə görə, buna rəğmən, indidən dünya taxıl və şəkər bazarında mənfi təsirləri görmək mümkündür. Bu təsirlər zaman keçdikcə dünya bazarında taxıl və şəkərdə qıtlığa səbəb ola bilər.
Altay İsmayılov deyir ki, Azərbaycan Rusiyadan əhəmiyyətli miqdarda taxıl idxal edir, şəkər idxalında isə fərqli mənzərə yaşanır.
Ekspertin fikrincə, bu qadağalar hələlik Avrasiya İttifaqı ölkələrinə şamil edildiyindən Azərbaycanda yaxın günlərdə taxılın və şəkərin qiymətində artım gözlənilmir. Ancaq gün keçdikcə vəziyyət dəyişilə bilər. A.İsmayılov ölkəmizdə bu məhsulların qiymətində artım olmaması üçün hansı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edək ki, BMT qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib. Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör
5 noyabrQızılın qiyməti rekorda çatdı
Ölkə bazarında 2026-cı 26 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7044.50 AZN, 1 qram təmiz qızılın qiyməti isə 226.49 manat təşkil edib. Pərakəndə satışda 750 əyarlı İtalyan qızılının qramı 170.03 manat, 585 əyyarlı Türk qızıl
26 oktyabrQızıl almaq istəyənlərin nəzərinə
Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar
29 oktyabrQızıl bazarında son vəziyyət
Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə
23 oktyabrBu günə olan qızıl və gümüş qiymətləri
Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya
3 noyabrNaxçıvana dotasiya 6 %-dən çox azaldılır
2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək. bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdi
23 oktyabrƏmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05
28 oktyabr