Ukraynada müharibə: Avropa kömək üçün Bakıya müraciət edir

Ukraynada müharibə: Avropa kömək üçün Bakıya müraciət edirFransa Rusiyanın Ukraynaya hücumunun nəticələrini aradan qaldırmaq üçün Azərbaycanla yaxınlaşır.

Ukraynadakı müharibə SSRİ-nin dağılmasından bu yana görünməmiş geosiyasi zəlzələdir.

Geosiyasi tektonik plitələrimizdə baş verən bu şiddətli sarsıntının əsas xüsusiyyətləri yeni bütöv blokların, oxşar həyati maraqların sürətlə meydana çıxması və köhnə mübahisə və rəqabətin kənara atılmasıdır.

Buna ən yaxşı nümunə Vaşinqton və Karakas arasında sürətləndirilmiş danışıqlardır. Venesuelanı dağıdan bir neçə illik embarqolardan sonra ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Nikolas Maduro Morosa açıq diplomatik mesaj göndərdi: "Əgər qayıtsan, mən hər şeyi ləğv edəcəm!"

Qucaqlaşaq, Folvil!

Hər şeyin sürətlə dəyişdiyi daha bir region Cənubi Qafqazdır. Heç kimə sirr deyil ki, son illər Fransa ilə Azərbaycan arasında çılğın sevgi olmayıb. İkinci Qarabağ müharibəsindən xeyli əvvəl, Fransa Prezidenti Emmanuel Makronun beş illik səlahiyyət müddətinin başlanğıcından bəri bu ölkə Azərbaycan və Ermənistan arasında sülh prosesini təşviq etmək üçün nəzərdə tutulmuş Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, Bakıdan getdikcə daha çox qəzəbli mesajlar verilməsi fonunda İrəvana simpatiya və dəstəyini daha az gizlədirdi.

2020-ci ildəki müharibə (44 günlük Vətən müharibəsi – red.) dövründə Parisin rəsmi mövqeyi isə azərbaycanlılarda fransızların əhval-ruhiyyəsi barədə şübhə yeri qoymadı.

Sonra Rusiya Ukraynaya soxuldu. Fransa qəfildən xatırladı ki, Azərbaycan kifayət qədər nadir geostrateji aktivə sahibdir: onun təkcə qazı yox, həm də birbaşa ixrac üçün öz qaz kəmərləri var! Bu üstünlük diqqətəlayiqdir.

Heydər Əliyev (Azərbaycan xalqının ümummilli lideri – red.) 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti seçiləndə ərazisinin 20 faizini itirmiş, dağıdılmış bir ölkənin rəhbərliyini üzərinə götürməklə Qarabağdakı müharibəni dayandırdı.

Bu, fövqəladə çətin qərar idi. O, daha sonra ölkəsinin iqtisadi inkişafına diqqət yetirdi. Bu, ona iki şeyə nail olmağa imkan verdi: birincisi, neft sənayesini bərpa etmək, ikincisi, karbohidrogenlərin Rusiyadan yan keçməklə ixracı.

Rusiya qəyyumluğundan qurtulun

"Yeltsin Rusiyası" zərərsiz və biznes üçün kifayət qədər açıq görünürdü. Azərbaycan bundan istifadə edərək kəməri Putin (Vladimir Putin Rusiya Federasiyasının hazırkı prezidentidir – red.) hakimiyyətə gəlməzdən bir qədər əvvəl "qopardı".

Bir neçə il keçsəydi, Putin heç vaxt Bakıya bunu etməyə icazə verməzdi. O ölkələr ki vaxtında bunu etməyə imkan tapmadı (məsələn, Qazaxıstan), bu gün nəhəng enerji resurslarına baxmayaraq, Rusiyanın girovudur.

Bu aktiv Bakıya bu gün danışıqlar masası arxasında yer qazandırdı. Bəzi məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyevin telefonuna aramsız zənglər gəlir - Şarl Mişel (Avropa Şurasının Prezidenti), Mario Dragi (İtaliyanın Baş naziri), NATO-nun Baş katibi (Yens Stoltenberq) və Emmanuel Makron tez-tez zəng edirlər. Zənglərin tezliyi ilə isə ton da dəyişir.

Azərbaycan Ukraynanı dəstəkləyir

Bakı tərəfi kin saxlamır. Avropalılar, xüsusən də Fransa Azərbaycandan keçmiş sovet respublikaları arasında zəif bənd olan Moldovaya kömək etməsini xahiş ediblər. Bakı gələn qış Kişinyova Rusiya qazı olmadan yaşamaq imkanı verəcəyini vəd verib.

Bu, qiymətli karbohidrogenləri cənubdan şimala nəql edə bilmək üçün qaz axınının (hansı ki, bu gün Rusiyadan Bolqarıstana gedir) istiqamətinin dəyişdirilməsini tələb edən çətin bir işdir.

2021-ci ilin yanvar ayından Azərbaycan artıq 19,5 milyard kubmetr qaz (Türkiyə, İtaliya, Yunanıstan və Bolqarıstana) tədarük edib və yaxın aylarda ixracı 7% və ya 8% (1,5 milyon kubmetr) artırmaq niyyətindədir.

Azərbaycan fevralın 26-dan (müharibənin üçüncü günündən) humanitar yardım çatdırmaqla Ukraynaya dəstək verir. Ukraynada 60-a yaxın yanacaqdoldurma məntəqəsinə sahib olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) təcili tibbi yardım və digər fövqəladə yardım maşınlarını pulsuz olaraq yanacaqla təmin edir.

Bakı son onilliklərdə Rusiyanın öz təsir dairəsinin bir hissəsi hesab etdiyi regionda sülh şəraitində yaşamaq üçün siyasi imkan tapa bilib. Azərbaycan Moskvanın vassalına çevrilmədən, yaxud Gürcüstan və Ukrayna kimi onun qəzəbini oyatmadan yoluna davam edir.

Fevralın 24-dən sonra yaranmış yeni geostrateji bloklar arasında Bakının manevr məkanı, təbii ki, məhduddur, lakin Fransa və Avropanın Azərbaycana münasibətinin dəyişməsi üçün kifayətdir.

Qeyd edək ki, Ejen Labiş və Ogüst Lefrankın "Qucaqlaşaq, Folvil!" vodevil komediyası ilk dəfə Parisdə 1850-ci il martın 6-da Dü Pale-Royal Teatrında səhnələşdirilib.

"Qucaqlaşaq, Folvil!" – fikir ayrılıqlarını unudaraq və ya problemləri gizlədərək dostluq, yaxud sevinc nümayişini bildirən ironik ifadəyə çevrilib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1775   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr