Türkiyə İslamofobiya ilə mübarizədə aparıcı rol oynayır - Fəxrəddin Altun

Türkiyə İslamofobiya ilə mübarizədə aparıcı rol oynayır - Fəxrəddin Altun"Avropanın müharibəyə görə ölkəsini tərk etmək məcburiyyətində qalan ukraynalılara qapılarını açdığı halda, suriyalılara, əfqanlara və ya Afrikadan olan qaçqınlara qarşı ayrı-seçkilik göstərməsi ziddiyyət olaraq qarşımızda dayanır. Bu ikili standartın əsas motivasiyasının islamafobiya və irqçilik olduğunu təəssüf hissi ilə müşahidə edirik". SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun II Beynəlxalq Media və İslamofobiya Forumundakı çıxışında deyib.

Dünyanın müxtəlif ölkələrində islam düşmanlığının bütün qurbanları ilə həmrəy olduqlarını və bunu davam etdirəcəklərini ifadə edən F.Altun islamofobiyanın bu gün sistemli şəkildə təkrarlanan formaları ilə daim qarşılaşılan qlobal bir problem olduğunu və bu səbəbdən bu çoxölçülü problemlə mübarizədə yeni yol və üsullardan istifadənin vacib olduğunu söyləyib: "İslamofobiya sadəcə Qərb cəmiyyətlərinə xas problem deyil. Bu gün irqçiliyin bir versiyası kimi yaradılan islamofobiya qlobal problemə çevrilib. Biz dünyanın istər qərbində, istər şərqində, istər şimalında, istərsə də cənubunda islamofob hərəkətlərin və sözlərin şahidi oluruq".

İslamofobiyanın tarix boyu modernləşmə prosesi ilə fərqli ölçülər qazandığına və hətta Qərb xaricindəki müsəlman cəmiyyətlərində də müşahidə olunduğuna diqqət çəkən Altun bu problemin xüsusilə müstəmləkəçilik təcrübəsi yaşamış və ya radikal modernləşməyə məruz qalmış müsəlman ölkələrində belə sıx şəkildə yaşandığını qeyd edib.

F.Altun islamofobiyanın cənub-şərqi Asiyadan ABŞ-a qədər hər yerdə insanların həyatını təhlükə altına alan, ayrı-seçkiliyi yayan və Srebrenitsa hadisəsində olduğu kimi soyqırıma qədər gedə bilən qlobal təhlükə olmağa davam etdiyini, müsəlman icmalarının getdikcə daha çox nifrət nitqinə məruz qaldığını və islamofob hücumların sayında artım olduğunu xüsusilə vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının dərc etdiyi hesabatda müsəlmanlara qarşı nifrət cinayətlərinin xüsusilə sosial mediada böyük ölçüdə artdığını bildirən Fəxrəddin Altun xüsusilə qərbi Avropa ölkələrində islamofobik hərəkətlərin internet mühiti ilə yanaşı sosial həyatda da geniş vüsət aldığını, bəzi ölkələrdə isə qadınların dini inancları ilə bağlı geyimlərinə görə təhsil almalarının belə qadağan edildiyini ifadə edib: "Avropada artan anti-İslam etirazları nəticəsində müsəlman icmalarının hətta məscidlərə getməyə, müsəlman qadınların dini paltar geyinməkdən çəkindiyi bir prosesin yaşandığını görürük. İslam ve müsəlman düşmanlığının təhqirdən ayrı-seçkiliyə, təzyiqdən fiziki zorakılığa və hücuma qədər bütün ölçüləri ilə hiss olunduğu bir təhlükə ilə qarşı-qarşıyayıq. İrqçi və ayrı-seçkilik xarakterli ritorika və hərəkətlərin bəzi Avropa siyasətçiləri tərəfindən dəstəklənməsi isə bu təhlükənin miqyasını daha da artırır".

Türkiyə rəsmisi bu münasibətin hətta Rusiya ilə Ukrayna arasında gedən müharibə şəraitində də özünü büruzə verdiyinə diqqət çəkib. Heç kimin yurdundan didərgin düşməsini və əzab çəkməsini qəbul etmədiklərini vurğulayan Altun Avropanın müharibə səbəbindən ölkəsini tərk etmək məcburiyyətində qalan ukraynalılara qapılarını açdığı halda, Suriyalılara, əfqanlara və ya Afrikadan gələn qaçqınlara qarşı ayrı-seçkilik nümayiş etdirməsinin ziddiyətli olduğunu deyib:

"Avropada bəzi siyasətçilərin ukraynalıları "müharibədən qaçanlar", suriyalıları isə "ölkəyə qeyri-qanuni yollarla girməyə çalışanlar" kimi müqayisə etməsi ibrət olaraq yadda qalacaq. Bu ikili münasibətə qərb mediası tərəfindən "Ukraynalılar ağdərili, xristian və avropalıdır, suriyalı deyil" kimi şərhlərlə haqq qazandırılmağa çalışılması da unudulmayacaq. Bu ikili standartın əsas motivasiyasının islamofobiya və irqçilik olduğunun təəssüflə şahidi oluruq".

"Şübhəsiz ki, Türkiyə qlobal səviyyədə islamofobiya ilə mübarizədə aparıcı rol oynayır. Cənab Prezidentimiz bütün qlobal problemlərdə olduğu kimi islamofobiya ilə mübarizəyə də rəhbərlik edir.
İslamofobiya ilə mübarizə apararkən, fərqliliklərin sərvət kimi görüldüyü birgəyaşayış mədəniyyəti ilə dünyaya nümunə göstərməyə davam edəcəyik. Ancaq hər nə qədər Türkiyə bu mövzuda geniş araşdırmalar aparsa da, islamofobiya Türkiyənin təkbaşına kökünü kəsə biləcəyi bir şey deyil.

İslamofobiya və antiislamizmə qarşı beynəlxalq və çoxşaxəli mübarizə lazımdır. Bu mübarizə heç şübhəsiz qlobal təhlükə olan islamofobiyanın mərkəzi olan Avropadan başlamalı və bütün dünyaya yayılmalıdır. Necə ki, islamofobiya Avropada getdikcə daha çox institusionallaşır, İslamofobiya ilə mübarizədə də Avropanın üzərinə böyük məsuliyyət düşür", - deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 952   Tarix: 16 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

22 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr