Azərbaycan idmançıları qalib gəlmiş xalqın təmsilçiləridir
Son illərdə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük uğurlar qazanaraq ölkəmizin beynəlxalq imicini daha da yüksəldiblər. Növbəti uğur 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında qazanılıb. Bu mötəbər yarışda idmançılarımız 7-i qızıl olmaqla 16 medal qazanıb, komanda hesabında 1-ci yerə çıxmışlar.
Bu uğuru xüsusi qeyd edən Prezident İlham Əliyev yarış iştirakçılarını qəbul edərkən Azərbaycan idmanının inkişafından, əldə etdiyimiz uğurlardan geniş bəhs edərək əsas diqqət göstərdiyi məsələ vətənpərvərlik, torpaq sevgisi və bunun fonunda 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz oldu. Dövlət başçısı bu gün qalibiyyətimizin bizdə yaratdığı qürur hissini, qələbələrə çağırışlarını diqqətə çatdırıb. Artıq bu gün hər bir azərbaycanlı qürurludur. Tarixi Zəfərimiz ölkəmizə qarşı münasibətlərdə böyük dəyişikliklərə yol açdı. Dünya haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha gördü və qəbul etdi. Bu gün idmançılarımız da qalib Azərbaycanı təmsil etməkdən sevinclidirlər.
Bir ildən artıqdır ki, azadlığına qovuşmuş tarixi torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq bu ərazilərə səfərlər edərək görülən işlərlə yaxından tanış olur, soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsi istiqamətində mühüm addımlar atılır. Bu işlər Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir. Dövlət başçısı görüşdə onu da bildirmişdir ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin şəhərlərin Baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur.
Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşünə malik gənclikdir. Ulu öndər Heydər Əliyev gənclərimizə milli ruhda tərbiyə olunmağa, milli-mənəvi dəyərlərimizi, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi qorumağı tövsiyə edirdi. Son 18 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi: "hər kəs dövlət maraqlarını üstün tutmalı, vətəndaşların qayğıları ilə yaşamalı, ölkənin hərtərəfli inkişafına dəstək olmalıdır".
Prezident İlham Əliyev Avropa çempionatının iştirakçılarını qəbul edərkən söylədiyi "Siz gənclər artıq başqa Azərbaycanı, qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır... Çünki biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik" fikirləri gənclərimizi təkcə idmanda deyil, bütün sahələrdə yeni-yeni qələbələrə ruhlandırıb.
Rafiq Hacıyev – sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli idman ustası,
"Azərbaycan Respublikasının Əməkdar məşqçisi"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva