Zəfər - milli iradənin, lider qətiyyətinin və dövlətçilik strategiyasının təntənəsidir

Zəfər - milli iradənin, lider qətiyyətinin və dövlətçilik strategiyasının təntənəsidirZəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Lakin bu tarixi yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi kimi qiymətləndirmək doğru olmazdı. Çünki 8 Noyabr Zəfəri illərlə aparılan məqsədyönlü dövlət siyasətinin, milli iradənin, siyasi qətiyyətin, hərbi quruculuğun və diplomatik mübarizənin məntiqi yekunu idi.

Əslində, Zəfərə gedən yol xalqla liderin birliyindən başladı. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası, dövlətçilik ənənələri və milli birlik fəlsəfəsi bu yolun ideoloji əsaslarını formalaşdırdı. Prezident İlham Əliyev isə həmin siyasi kursu yeni tarixi şəraitdə davam etdirərək Azərbaycanın güclü dövlətə çevrilməsini təmin etdi.
Zəfər - milli iradənin, lider qətiyyətinin və dövlətçilik strategiyasının təntənəsidirBu prosesdə ən mühüm amillərdən biri xalqın öz liderinə inamı, dövlətin siyasi iradəsi və cəmiyyətin milli məqsəd ətrafında səfərbər olunması idi. Eyni zamanda, vətənpərvərlik ruhunda yetişən yeni nəsil formalaşdı. Azərbaycan gəncliyi Vətən sevgisini yalnız sözlə deyil, əməli fəaliyyəti, fədakarlığı və qəhrəmanlığı ilə nümayiş etdirdi. Bu gün Zəfərin əsas qəhrəmanları sırasında məhz həmin gəncliyin nümayəndələri dayanır.

Digər tərəfdən, Azərbaycan illər ərzində hərbi qüdrətini sistemli şəkildə artırdı, müasir silahlarla təchiz olundu, peşəkar ordu quruculuğunu həyata keçirdi. Bununla paralel olaraq diplomatik cəbhədə də ardıcıl mübarizə aparıldı. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünün bərpası məsələsini daim dünya gündəliyində saxladı. Qarabağ münaqişəsinin mahiyyətinin, Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması istiqamətində uzun illər ciddi siyasi-diplomatik fəaliyyət göstərildi.

Bütün bunlar 2020-ci ildə tarixi məqam yetişəndə öz nəticəsini verdi. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi iradəsinin, ordusunun döyüş qabiliyyətinin və xalqın sarsılmaz birliyinin real gücünü nümayiş etdirdi.

Burada xüsusi vurğulanmalı məqam Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji qərarvermə məharətidir. Müharibədə yalnız nə vaxt hərəkətə keçməyi bilmək deyil, hansı məqamda və hansı şərtlərlə dayanmağın zəruriliyini müəyyənləşdirmək də böyük siyasi və hərbi liderlik tələb edir. Azərbaycan Ordusunun uğurlu əməliyyatları, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və hər bir mərhələdə verilən düzgün qərarlar Zəfərin əldə olunmasında həlledici rol oynadı.

Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu. 10 noyabr 2020-ci il Bəyanatı ilə hərbi əməliyyatlar dayandırıldı və Azərbaycan özünün əsas strateji məqsədlərinə nail oldu. Bu, təkcə hərbi qələbə deyil, həm də siyasi-diplomatik üstünlüyün təsdiqi idi.

Lakin Azərbaycanın qarşısında daha böyük tarixi vəzifə dayanırdı: dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpası. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə bu tarixi missiya da başa çatdı. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edərək bütöv və suveren dövlət modelini reallaşdırdı.

Bu gün biz artıq yalnız Qarabağın azad edilməsindən deyil, Azərbaycanın yeni geosiyasi və tarixi reallıqlar formalaşdırmasından danışırıq. Qarabağın dirçəldilməsi, Böyük Qayıdış, yeni infrastrukturun qurulması və bölgənin iqtisadi həyata inteqrasiyası Zəfərin davamı olan quruculuq mərhələsidir.

Əminliklə demək olar ki, Prezident İlham Əliyev Azərbaycan tarixinə yalnız müharibədə qələbə qazanan dövlət başçısı kimi deyil, həm də Qarabağın azad edilməsinə və ölkənin ərazi bütövlüyü ilə dövlət suverenliyinin tam bərpasına nail olan lider kimi daxil olub. Onun tarixi missiyası Qarabağ fatehi obrazında, milli dövlətçilik tariximizin yeni mərhələsinin müəllifi kimi təcəssüm olunur.

Zəfər Gününün əsas fəlsəfəsi budur: xalqın birliyi, liderin qətiyyəti, ordunun gücü və dövlətin strateji iradəsi bir məqsəd ətrafında birləşəndə tarix dəyişir. Azərbaycan xalqı bu tarixi özü yazdı. 8 Noyabr isə həmin tarixin əbədi Zəfər simvoludur.

Bəhruz Quliyev, Səs qəzetinin baş redaktoru, siyasi ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 229   Tarix: 08 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Şuşanın azad olunması nadir hərbi əməliyyat kimi tarixə düşdü" - millət vəkili Könül Nurullayeva

"2020-ci il noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı. 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olundu. Şuşa əməliyyatını hərb tarixində unikal edən əsas amillərdən biri onun olduqca mürəkkə

8 noyabr
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

8 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr
.

İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

8 noyabr
.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı v

8 noyabr
.

8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir

8 Noyabr Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, milli qürurumuzun, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsini özündə ehtiva edən şanlı tarixdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın otuz ilə yaxın davam edə

8 noyabr
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

8 noyabr