ABŞ liderinin təbrik məktubu - Azərbaycanın artan nüfuzuna dəyəri - FOTO

ABŞ liderinin təbrik məktubu - Azərbaycanın artan nüfuzuna dəyəri - FOTOMüstəqilliyini bərpa edəndən sonra ABŞ-la Azərbaycanın bütün istiqamətlərdə əməkdaşlığı inkişaf edir. Ölkələr arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulub. Azərbaycanın ABŞ-da Səfirliyi 1992-ci ilin martında, ABŞ-ın Azərbaycanda Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılıb.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümdür. Ötən illər ərzində ABŞ-da bəzi siyasi qüvvələr Azərbaycanın ərazi bütövlüyü ilə bağlı reallığı əks etdirməyən mövqe nümayiş etdirsə də, bu, dövlətlərarası münasibətlərə xələl vura bilməyib. Tərəflər belə çıxışlar edənlərin məqsədlərindən, onların arxasında duranlardan xəbərdar olublar.

ABŞ prezidentləri Azərbaycanın ictimai, siyasi və mədəni həyatına aid bütün bayramlarda dövlət başçısını təbrik edib, xoş arzularını və əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. ABŞ Prezidenti Cozef Bayden Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib:

"Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcək. Biz həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik". Bu, ABŞ-ın regionda Azərbaycana böyük dəyər verməsi, Azərbaycanın həyata keçirdiyi siyasətə dəstəyidir.
ABŞ liderinin təbrik məktubu - Azərbaycanın artan nüfuzuna dəyəri - FOTORəsmi Bakı torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh, əməkdaşlıq və təhlükəsizliyin təmin olunması istiqamətində əməli addımlar atır, çağırışlar edir. Azərbaycanın bu mövqeyi Ağ ev tərəfindən müsbət qiymətləndirilir. Bu baxımdan, ABŞ liderinin təbrik məktubu həm də Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlk və tərəqqiyə verdiyi töhfələri yüksək dəyərləndirib. Azərbaycan təhlükəsizlik və terrora qarşı mübarizədə ABŞ-ın başçılıq etdiyi təşəbbüslərin bir çoxunda iştirak edib.

Buna örnək olaraq ölkənin İraq, Əfaqnıstan, Kosovoda sülhməramlı tədbirlərdə iştirakını göstərmək olar. Bu, təhlükəsizliyin təmini və terrora qarşı mübarizədə ABŞ-la Azərbaycanın ortaq maraqlarının olmasını təsdiqləyir. Heç şübhəsiz, ABŞ dünya lideridir. Bu baxımdan, qlobal miqyasda təhlükəsizliyin təmin olunması, terrora qarşı mübarizə bu ölkənin başlıca məsələsidir.

Dünyada onun bu istiqamətdə yürütdüyü siyasətdə və həyata keçirmək istədiyi planlarda iştirak onların birgə həllində Amerikanın iradəsinə dəstəkdir. Bu baxımdan, Azərbaycan ABŞ-ın qlobal miqyasda təhlükəsizlik, əməkdaşlıq məsələləri ilə bağlı ideyaları və terrora qarşı mübarizəsinə qoşulur.
ABŞ liderinin təbrik məktubu - Azərbaycanın artan nüfuzuna dəyəri - FOTOAzərbaycan torpaqlarını azad etdikdən sonra Ermənistana sülh və əməkdaşlıq təklifi etdi. Hətta bu yaxınlarda Azərbaycan tərəfi rəsmi İrəvana əməkdaşlıq və sülhlə bağlı 5 maddəlik təklif irəli sürüb. Bu, rəsmi Bakının regiondakı əsas hədəflərini göstərir. Odur ki, Cozef Baydenin regional barışığın təşviqi barədə fikri ABŞ-ın həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstək verməsi kimi qəbul edilir. Bu həm də Ağ evin regionda yaranan yeni reallığın qəbulu və perspektivdə yeni əməkdaşlıq sahələrinin olacağı deməkdir.

Qeyd edək ki, son aylar dünya liderlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, məktublaşması və telefon danışıqları daha çox olub. Bunun bir neçə səbəbi var. Bunlardan biri keçmiş sovet məkanında, Ukraynada Rusiyanın başladığı hərbi əməliyyatlardır. Qərb dövlətləri, Yaponiya, Cənubi Koreya, NATO hərbi-siyasi alyansı rəsmi Moskvaya və rusiyalı iş adamlarına bir sıra sanksiyalar tətbiq edib. Belə ehtimal olunur ki, yaxın zamanlarda Rusiyanın neft, qaz ixracı və silah tədarükü sahələrinə də məhdudlaşdırıcı tədbirlər görüləcək. Azərbaycandan enerjidaşıyıclarının ötürülməsi üçün mövcud vacib kəmərlər keçir.

Daha doğrusu, Azərbaycan bu kəmərlərin tikintisinin təşəbbüskarları və inşa edən əsas dövlətlərdəndir. Bu baxımdan, perspektivdə Avropa ölkərlərinin enerjidaşıyıcları ilə təminatında yarana biləcək problemin aradan qalxmasında o başlıca rollardan birin oynaya bilər. Odur ki, Cozef Bayden və dünyanın başqa dövlətlərinin liderləri rəsmi Bakının bu istiqamətdə tutduğu mövqeyə uyğun addım atacağına ümid edir. Dünya liderlərinin Prezident İlham Əliyevlə görüşlərinin əsas mövzularından birinin də bu olduğu istisna edilmir. Onlar Azərbaycanın dövlət başçısının bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirirlər.
ABŞ liderinin təbrik məktubu - Azərbaycanın artan nüfuzuna dəyəri - FOTOÜmumiyyətlə, Cozef Bayden Azərbaycan liderinə əvvəllər göndərdiyi məktublarda da etimad götərib, onu yüksək qiymətləndirib. Onun 2021-ci il mayın 28-də Respublika günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın əhəmiyyətindən bəhs edərək vuğulamışdı:

"Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar. Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq".

ABŞ-ın Azərbaycana diqqəti rəsmi Bakının xarici siyasətdə yürütdüyü ardıcılığın nəticəsidir. Bu cür davamlı siyasət isə Azərbaycanın nüfuzunu və əhəmiyyətini artırır. Cozef Baydenin və dünya liderlərinin bəhs etdiyimiz məktubu da Azərbaycana verilən dəyərin göstəricisidir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1090   Tarix: 21 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr