Həddən artıq çox su içmək ürəyi sıradan çıxarır - Türk həkim
Türkiyəli professor Mahmut Yavuz bildirib ki, həddən artıq və şüursuz şəkildə su içmək insanın orqanizmində tarazlığı poza bilir.
Buna görə də, su bədən indeksi və sərf olunan kalori nisbətinə görə tələb olunan miqdarda içilməlidir.
Həkim bildirib ki, insan orqanizminin 60%-i, yəni təqribən 70 kq-lıq bir şəxsin 42 kq-ı sudan ibarətdir. Belə ki, bədənimizdə fırlanan qan dövranı ilə yanaşı, hüceyrələrin içində və toxumaların arasında da su mövcuddur. Yəni su insan üçün həqiqətən həyat mənbəyidir.
Göz yaşından ağız quruluğuna,beyin funksiyalarından dəriyə qədər demək olar ki, bütün orqanizm və orqanlarımız üçün su əhəmiyyətli təsirə malikdir. Lakin miqdarını düzgün təyin etmədikdə həm də orqanizm üçün təhlukəlidir.
Həkimin sözlərinə görə, son zamanlar xüsusilə pəhriz saxlayanlar arasında çox su içmə dəb halını alıb. Lakin bunun ciddi fəsadlarla nəticələnəcəyi heç kimi narahat etmir.
Həddindən artıq su içdiyiniz zaman, ürək çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Bundan əlavə, artıq su bədəndəki duzun azalmasına səbəb olur. Bunun isə beyində ödem və hətta ölümlə nəticələndiyi tibdə uzun zamandır məlumdur.
Mahmut Yavuz, sağlam bir insan gün ərzində 1 litr su içərsə, kifayətdir deyə bildirib. Lazım olan digər 1 litri isə insan gün içərisində yediyi qidalar vasitəsilə təmin etmiş olur. /medicina.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Portağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15 sentyabrDəyişkən hava şəraitində xəstələnməmək üçün nələrə diqqət edək? - AÇIQLAMA
Son günlər havanın tez-tez dəyişməsi, temperaturun kəskin enib-qalxması və küləkli hava orqanizmin uyğunlaşma prosesini çətinləşdirə bilər. Belə dövrlərdə xüsusilə soyuqdəymə, virus infeksiyaları, allergik reaksiyalar və xroniki tənəffüs xəstəliklərinin əlamətləri daha çox müşahidə olunur. Bəs dəyişkə
8 sentyabrDişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
20 sentyabrQızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)
Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə
10 sentyabrŞirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14 sentyabrÖvladına vitamin verən valideynlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Uşaqlara vitamin və qida əlavələrinin bir neçə növünü eyni vaxtda vermək onların tərkibində eyni vitamin və mineralların təkrar olmasına və nəticədə gündəlik qəbulun normadan artıqlaşmasına səbəb ola bilər. Xüsusilə A vitamini və dəmir kimi maddələrin yüksək dozada qəbulu sağlamlıq üçün ciddi risklə
9 sentyabrMilçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə ciddi olduğ
20 sentyabr