"Sürücüyə verməyə pulum yoxdur, özüm də maşın sürə bilmirəm..." - Putinə yaxin oliqarxin Londonda indiki güzərani
Putinə yaxın daha bir rusiyalı oliqarx-milyarder Qərbin sanksiyalarının təsiri altına düşdükdən sonra Londondakı dəbdəbəli yaşayışından məhrum olduğu üçün "ağır güzəranından" şikayətlənib.
Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, "Alfa-Bank"ın direktorlar şurasının rəhbəri olan milyarder Petr Aven bu haqda "The Financial Times" qəzetinə müsahibəsində danışıb.
Bildirilir ki, Avropa bankları Rusiya ilə transsərhəd əməliyyatlarını dondurmazdan bir neçə gün əvvəl Petr Avenin arvadı Londonda bir bankomatdan o birinə qaçırdı, mümkün qədər çox nəğd pul çıxarmağa çalışırdı. Daha sonra Avropa İttifaqı və Böyük Britaniya Petr Avenə qarşı sanksiyalar tətbiq etdi, onun bütün bank hesabları donduruldu, o cümlədən Londonun prestijli Sent-Ceyms rayonundakı nəhəng mənzilinə və şəhər ətrafındakı malikanəsinə həbs qoyuldu. Ardınca oliqarxın İtaliyadakı mülkü və yaxtası da həbs olundu.
İndi rusiyalı oliqarx deyir ki, hətta ən elementar xərclərini belə qarşılaya bilmir. "Bizim biznesimiz tamamilə dağıdılıb. 30 il ərzində qurduğumuz indi tam məhv olub. Və biz hansısa yolla yeni həyata başlamağa məcburuq", - o deyir.
Aven şikayətlənir ki, indi sürücünün də pulunu verə bilmir. Özü isə maşın sürməyi bacarmır. "Bilmirəm, heç olmasa mənə sürücü və xidmətçi tutmağa icazə verəcəklərmi? Mən maşın sürə bilmirəm...Başa düşmürük, necə yaşayacağıq", - o deyir.
Petr Aven təsdiq edir ki, Vladimir Putinlə yaxın əlaqələri var və onunla görüşləri olub. Amma deyir ki, təkcə buna görə cəzalandırılması ədalətli deyil, çünki onun Putinin siyasətinə heç bir təsiri olmayıb.
Böyük Britaniya hakimiyyəti isə bildirir ki, 5 milyard dollara yaxın sərvəti olan Petr Aven Kremlə yaxın oliqarxdır və Putinlə yaxın əlaqəsi var. Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başlayan gün Aven oliqarxlar və dövlət şirkətlərinin başçıları ilə birlikdə Putinlə görüşdə idi. O, daha sonra Londona uçub və orada "ilişib".
İndi təxminən 20 gün sonra Aveni Böyük Britaniyadan deportasiya gözləyir. Onun Rusiya və Latviya vətəndaşlığı, habelə Amerika vizası var. Amma oliqarx arvadı və səkkiz yaşlı qızı ilə birlikdə Böyük Britaniyada qalmaq istəyir.
"Əgər getsəm bir də heç vaxt bura qayıda bilməyəcəm", - Aven üzərinə həbs qoyulmuş malikanəsində jurnalistə deyir. Bildirir ki, sanksiyaların ləğv edilməsi üçün məhkəmə iddiası qaldırmaq istəyir, amma problem ondadır ki, vəkil tapa bilmir. Çünki britaniyalı hüquqşünaslar indi rusiyalılarla işləmək istəmir. "Mənə onu da deyiblər ki, sanksiyaları ləğv etdirmək praktiki olaraq mümkün deyil", - rusiyalı oliqarx bildirir.
Xatırladaq ki, Petr Avenin biznes tərəfdaşı, milyarder Mixail Fridman da indi Londondadır və bundan əvvəl o jurnalistlərə "ağır güzəranı" haqda şikayətlənmişdi, xidmətçisinin maaşını da verə bilmədiyini demişdi.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva