"Bütün bunlar onun göstəricisidir ki, xalqımız qəhrəmanlarını unutmur..."

"Bütün bunlar onun göstəricisidir ki, xalqımız qəhrəmanlarını unutmur...""Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Biz bu günki zəfərimizi Ali Baş Komandanımız başda olmaqla, şəhidlərimizə, qazilərimizə borcluyuq. Xudayar da o vətən oğullarındandır ki, canını bu vətən yolunda qurban elədi və əlbəttə dillər əzbərinə çevrildi"
Sonxeber.az-ın məlumatına görə, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Elçin Həşimov Vətən müharibəsində şəhid olan Xudayar Yusifzadə haqda danışarkən deyib. Xalq artisti Xudayarın bir təsnif ifa etməklə dillər əzbərinə çevrildiyini bildirib:

"Bəlkə də illərlə sənətdə olub heç bir ad qazana bilməyən ifaçılarımız var. Amma Xudayar bir dənə o təsnifi oxumaqla dillər əzbəri oldu. Çünki ən böyük zirvə olan şəhidlik zirvəsinə ucaldı. Onun oxumağı ürəkdən, vətən torpağının üstündə olduğu üçün ifa çox gözəl alınıb. Xudayarın nəsli musiqiçidir. Həm də bu torpaqdan gələn gücdür ki, Xudayar orda mahnını elə oxuyub ki, hər kəsin qəlbinə dastan olaraq yazılıb. Əlbəttə, yeni doğulan körpələrə Xudayar adının verilməsi məni çox sevindirir. Biz özümüz də dünyanın bir neçə ölkələrində "Xudayar təsnifini" ifa etmişik. Bütün bunlar onun göstəricisidir ki, bizim xalqımız qəhrəmanlarını unutmur və onların adını əbədi olaraq yaşadacağıq".

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə qədər 17 uşağa Xudayar adı verilib. Son illər ölkəmizdə Xudayar adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 82 körpəyə Xudayar adı verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 878   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr